Azərbaycan əlifbası (az.-əski. آذربایجان الفباسی, azərb-kiril. Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin əlifbası. Azərbaycan Respublikasında latın qrafikalı, Cənubi Azərbaycanda ərəb qrafikalı, Dağıstanda isə kiril qrafikalı əlifbadan istifadə olunur.
Azərbaycan əlifbası | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Orta Türk dili dövründən (900–1500-cü illər) etibarən ərəb yazı sistemi İslam dünyasının bütün türkdilli ərazilərində istifadə edilirdi. Bu yazı sisteminin Xarəzm, Çağatay, Volqa, Osmanlı və Azərbaycan türkçəsi üçün variantları ortaya çıxmışdır.[1] Ərəb yazı sistemi ilə Azərbaycan dilində ilk yazılı mətnlər XIV–XV əsrlərə aiddir. Bu yazı sisteminə yalnız türk dili üçün xarakterik olan bəzi hərflər (ڭ گ ۋ ﭺ پ ژ) də daxil idi.[2]
XVI əsr şairi Məhəmməd Füzuli kimi Azərbaycan mədəniyyətinin nümayəndələri tərəfindən ərəb yazı sistemi Azərbaycan dili üçün çox çətin bir sistem olaraq qeyd edilirdi.[3] Şah I Abbasın dövründəki çarlıq Rusiyası mənbələrinə görə, rus səfirləri Səfəvi şahının cavabının türk dilində, tatar yazısı ilə olmasını arzulamışdır. Bu, XVI–XVIII əsrlərdə Avropa, Kiçik Asiya və Yaxın Şərq hökmdarlarından gələn və onlara gedən məktubları tərcümə etmək üçün, rus çarlarının xeyli sayda katib saxlamasının məntiqi nəticəsi idi.[4]
Uppsala Universitetində saxlanılan XVII əsr orta Azərbaycanca əlyazmaları nadir bir şəkildə latın yazı sistemi ilə yazılmışdır.[5] XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq şeirləri və Azərbaycan dastanlarını yaddan çıxartmamaq üçün onları erməni və gürcü yazı sistemi ilə qeydə alırdılar. Belə əlyazmaların bir çoxu hal-hazırda Matenadaranda və Kürdüstan Dövlət Muzeyində qorunur.[6] XVIII əsrdə gürcü yazısı ilə yazılmış mətnlərə Sayat Novanın Azərbaycan dilindəki əlyazmaları, Azərbaycan-Osmanlı qarışıq dilindəki İncil əlyazmaları misal göstərilə bilər.[7][8]
XVI–XVII əsrlərdə ərəb dili və yazısı ilə birlikdə Azərbaycan dili və mədəniyyəti də Tabasaran elinə getdikcə sürətlənən tempdə daxil olmuşdur. Bunun sübutu ərəb ədibi Hacı Məhəmmədin azərbaycan dilində yazdığı şeirlərdir.[9] Ənənəyə görə, türk (Azərbaycan) dili və türk yazısı ləzgilərin mədəni həyatında hakim mövqe tuturdu.[10]
XX əsrin əvvəllərində Dərbənd aşığı Şaul Simendu isə ivrit yazı sistemi ilə azərbaycan dilində şeirlər yazırdı.[11] Bundan başqa Osmanlıda istifadə edilən erməni-türk əlifbasından təsirlənilərək Azərbaycan dilinin erməni hərfləri ilə yazıldığı Ermənbası əlifbası yaradılmışdır. Bu erməni hərfləri Azərbaycanda istifadə olunan şərqi erməni dilinə uyğun olaraq yazılmışdı.[12]
Azərbaycan dilində yazının latın qrafikasına keçirilməsi üçün ilk layihələr 19-cu əsrin ortalarında meydana çıxdı. Bu layihələrdən biri Mirzə Fətəli Axundzadə tərəfindən tərtib edilmişdi, amma layihə elə kağız üzərində də qaldı. Beləliklə, 1857-ci ildə Axundov ərəb əlifbasının islahatı ilə bağlı ilk layihəsini fars dilində yazdı, burada ərəb yazısının çatışmazlıqlarına işarə etdi və həll yollarını təklif etdi. 1863-cü ildə Axundov öz layihəsinə dəstək tapmaq məqsədilə İstanbula səfər etdi. Lakin Axundovun layihəsinin bəyənilməsinə baxmayaraq, "Əncüməni Daniş" Elmi Cəmiyyəti tərəfindən layihə rədd edildi. Cavabında Axundov "İslam əlifbasını tamamilə rədd etməyi, Avropa yazı sistemini qəbul etməyi və buna görə soldan sağa yazmağı" təklif etdi. Yeni bir layihə üzərində işləməsi nəticəsində Axundov Avropa sisteminə əsaslanan 42 hərfli (32 samit və 10 sait) yeni bir əlifba tərtib etdi. Axundov yeni layihədə həm ərəb əlifbasında mövcud olan hərfləri qorudu, həm də əskik saitləri əlavə etdi.
20-ci əsrin əvvəllərində Latın əlifbasına keçid məsələsi Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildi. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və başqaları ərəb əlifbasının dəyişdirilməsini müdafiə etdilər. 1919-cu ildə yeni əlifba hazırlamaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Təhsil Nazirliyinin nəzdində bir komissiya yaradıldı. Abdulla bəy Əfəndizadənin təqdim etdiyi layihələrdən biri təsdiqlənərək çap olundu. Əfəndizadənin əlifba layihəsi: a ä b c ç d e ë f g h i j k l m n n̈ o ö p q ƣ r s t u v w x y z ƶ '(apostrof).[13]
Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi bu layihənin həyata keçirilməsinə mane oldu. Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra Azərbaycan yazılarının latınlaşdırılması məsələsi yenidən aktuallaşdı. Uzun müzakirələrdən sonra 1922-ci ildə yeni əlifba təsdiqləndi və 1925-ci ildə ərəb əlifbası ilə paralel olaraq rəsmi istifadəyə verildi.
1922 əlifbası: Aa Bb Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Ll Mm Nn Ŋŋ Oo Ɵɵ Pp Qq Rr Ss Tt Uu Vv Xx Yy Zz Ƶƶ '(apostrof)[14]
1926-cı ildən etibarən yeni əlifbanın təkmilləşdirilməsi ilə bağlı müzakirələr başladı. 1926-cı ilin mayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu latın qrafikasına keçidi Şərqdəki inqilabın mərkəzi məsələsi elan edir. Nəticədə, 1933-cü ildə bəzi hərflərin stilini, bəzilərinin isə fonetik qarşılığını dəyişdirən yeni bir əlifba qəbul olundu. 1938-ci ildə latın qrafikalı Azərbaycan əlifbasından N̡ n̡ (sağır n) hərfi çıxarıldı.
1938 əlifbası: Aa Bʙ Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Qq Ll Mm Nn Oo Ɵɵ Pp Rr Ss Şş Tt Uu Vv Xx Yy Zz Ƶƶ '(apostrof)
Yeni əlifbanın tətbiqi kəndlilərin etirazına tuş gəldi. 1928–1929-cu illərdə və yenidən 1931–1932-ci illərdə bütün Azərbaycanda kəndlərə yeni əlifba əsasında oxumaq və yazmağı öyrətmək üçün gələn müəllimlərə, komsomolçulara və qadınlar şöbəsinin fəallarına qarşı kəndlilər tərəfindən zorakılıq halları mövcud idi.
1939-cu ilin mayında Azərbaycan əlifbasının kiril qrafikasına keçirilməsi ilə bağlı müzakirələr başladı. Bir çox fərqli layihə irəli sürüldü və dərc olundu. İlk layihə belə idi: Аа, Бб, Вв, Гг, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ққ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Ўў, Фф, Хх, Һһ, Чч, Ҷҷ, Шш, Ыы, ’ (apostrof)[15]. 1939-cu ilin avqustunda təklif olunan başqa bir layihə: Аа, Бб, Вв, Гг, Gg, Һһ, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Јј, Кк, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Үү, Фф, Хх, Чч, Шш, Ыы, ’ (apostrof)[16]. Nəticədə, 15 noyabr 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında əlifba komissiyası tərəfindən hazırlanmış yeni bir kiril qrafikalı əlifba layihəsi rəsmi olaraq təsdiq edildi. 1939-cu ilin rəsmi təsdiqli əlifbası: Аа, Бб, Вв, Гг, Ғғ, Дд, Ее, Ёё, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ҝҝ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Үү, Фф, Хх, Һһ, Цц, Чч, Ҹҹ, Шш, Щщ, Ъъ, Ыы, Ьь, Ээ, Юю, Яя, ’ (apostrof)
1947-ci ildə Rus dilindən alınma sözlərdə istifadə olunan Цц hərfi əlifbadan çıxarıldı. 1958-ci ildə Ёё, Щщ, Ъъ, Ьь, Ээ, Юю, Яя hərfləri də əlifbadan çıxarıldı və Йй hərfi Јј ilə əvəzləndi. Bu əlifba rəsmi olaraq 2001-ci ilədək etibarlı idi. Dağıstanda yaşayan azərbaycanlılar məktəblərdə Azərbaycan dili dərslərində latın qrafikasından istifadə olunmasına baxmayaraq, kiril əsaslı əlifbadan istifadə etməyə davam edirlər. Azərbaycan dilində nəşr olunan Dərbənd qəzeti materialları əsasən kiril qrafikasında yayımlayır, amma bəzi məqalələr latın qrafikasında çap olunur. Azərbaycan kiril əlifbasının fərqləndirici xüsusiyyəti digər dillərin əlifbalarında mövcud olmayan Ҝ və Ҹ hərflərinin daxil olması idi.
Transliterasiya cədvəli | |||||
---|---|---|---|---|---|
Ərəb | Latın | Latın | Kiril | Latın | IPA |
Cənubi Azərbaycan və 1929-cu ilə qədər Şimali Azərbaycan | 1929–1933 | 1933–1939 | 1958–1991 | 1991-ci ildən | |
آ،ﺍ | A a | A a | А а | A a | [ɑ̞/ɑ̞ː] |
ﺏ | B b | B ʙ | Б б | B b | [b] |
ﺝ | C c | Ç ç | Ҹ ҹ | C c | [d͡ʑ] |
چ | Ç ç | C c | Ч ч | Ç ç | [t͡ɕ/t͡ɕʰ] |
ﺩ | D d | D d | Д д | D d | [d] |
ائ | E e | E e | Е е | E e | [e/e̞] |
ه/اَ | Ə ə | Ə ə | Ә ә | Ə ə | [æ] |
ﻑ | F f | F f | Ф ф | F f | [f] |
گ | Ƣ ƣ | G g | Ҝ ҝ | G g | [ɟ] |
ﻍ | G g | Ƣ ƣ | Ғ ғ | Ğ ğ | [ɣ/ʁ (ʕ/ʢ)] |
ﺡ | H h | H h | Һ һ | H h | [h/hˁ] |
ﺥ | X x | X x | Х х | X x | [x/χ] |
ایٛ | I̡ ı̡ | Ь ь | Ы ы | I ı | [ə] |
ای | I i | I i | И и | İ i | [i/ɪ] |
ژ | Ƶ ƶ | Ƶ ƶ | Ж ж | J j | [ʒ] |
ك | Q q | K k | К к | K k | [c/cʰ/k (ç)] |
ق | K k | Q q | Г г | Q q | [g/ɢ] |
ل | L l | L l | Л л | L l | [l/ɫ] |
م | M m | M m | М м | M m | [m] |
ن | N n | N n | Н н | N n | [n] |
ڭ | Ŋ ŋ | Ŋ ŋ[17] | [ŋ/ɴ] | ||
اوْ | O o | O o | О о | O o | [ɔ] |
اؤ | Ɵ ɵ | Ɵ ɵ | Ө ө | Ö ö | [œ] |
پ | P p | P p | П п | P p | [p/pʰ] |
ﺭ | R r | R r | Р р | R r | [ɾ/r] |
ﺙ,ﺱ,ﺹ | S s | S s | С с | S s | [s] |
ﺵ | З з | Ş ş | Ш ш | Ş ş | [ʃ/ʂ/ɕ] |
ﺕ,ﻁ | T t | T t | Т т | T t | [t/tʰ] |
اوُ | Y y | U u | У у | U u | [u] |
اﻭٚ | U u | Y y | Ү ү | Ü ü | [y] |
و | V v | V v | В в | V v | [v] |
ي | J j | J j | Ј ј | Y y | [j] |
ﺫ,ﺯ,ﺽ,ﻅ | Z z | Z z | З з | Z z | [z] |
ع,ء | ' | ' | ' | ' | [ʔ/ː] |
Ərəb əlifbası (XII əsrə kimi) | بتون انسانلر لياقة و حقوقلرینا كوره ازاد و برابر طوغلرلر. انلرینك شعورلری و وجدانلری وار و بربرلرینه مناسبةده قرداشلق رحندا طاورانمالیدرلر |
---|---|
Türki əbcəd (XII əsr –1928) | بُتون إنسانلَر لَیاقَت و حُقوقلَرینه گوره آزاد و بَرابَر طوغُلورلَر. اونلَرِݣ شعورلَری و وِجدانلَری وار و بِر بِرلَرینه مُناسِبَتده قَرداشلِق روحنده طاورانمهلیدِرلَر |
Sovet ərəb əlisbası (1926–1928) | بۆتون اینسانلار لیاقت و حۆقوقلارینا گؤره آزاد و برابر دوْغولورلار. اوٓنلارین شۆعورلاری و ویجدانلاری وار و بیر-بیرلرینه مۆناسیبتده قارداشلیق روحوندا داورانمالیدیرلار |
Latın (1929–1933) | Butun insanlar ləjakət və hukykları̡na ƣɵrə azad və bərabər dogylyrlar. Onları̡ŋ зuyrları̡ və vicdanları̡ var və bir-birlərinə munasibətdə kardaзlı̡k ryhynda davranmalı̡dı̡rlar. |
Latın (1933–1939) (Yanalif) | Bytyn insanlar ləjaqət və hyquqlarьna gɵrə azad və вəraвər doƣulurlar. Onlarьŋ şyurlarь və viçdanlarь var və вir-вirlərinə mynasiвətdə qardaşlьq ruhunda davranmalьdьrlar. |
Kiril (1940–1958) | Бүтүн инсанлар ләягәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар. |
Kiril (1958–1991) | Бүтүн инсанлар ләјагәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар. |
Latın (1991–1992) | Bütün insanlar läyaqät vä hüquqlarına görä azad vä bärabär doğulurlar. Onların şüurları vä vicdanları var vä bir-birlärinä münasibätdä qardaşlıq ruhunda davranmalıdırlar. |
Müasir latın (1992) | Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. |
BFƏ | byt̪yn̪ in̪s̪ɑ̝n̪ɫ̪ɑ̝ɾ l̪æjɑ̝ːɢæt̪ væ hygugl̪ɑ̝ɾən̪ɑ̝ ɟœɾæ ʔɑ̞ːz̪ɑ̝d̪ væ bæɾɑ̝ːbæɾ d̪ɔʁuɫ̪uɾl̪ˤɑ̝ɾ ɔn̪l̪ɑ̝ɾən̪ ɕyʔuɾl̪ɑ̝ɾə væ vid͡ʑd̪ɑ̝n̪l̪ɑ̝ɾə vɑ̝ɾ væ biɾbiɾlæɾin̪æ myn̪ɑ̝ːs̪ibæt̪̊d̪æ gɑ̝ɾd̪ɑ̝ʃləg ɾuːhun̪d̪ɑ̝ d̪ɑ̝vɾɑ̝n̪mɑ̝lˤəd̪əlɑ̝ɾ |
Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:
Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Dilimizdə 23 hərflə ifadə olunan 25 samit səs var. Əlifbamızda komandir, tank, klub sözlərində [k'] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x'] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən "k" hərfi ilə göstərilir.
Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
Dilimizdə cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:
In any case, early 1758 seems to have been a time of feverish activity on the part of Sayat-Nova in the Azeri field. Although one cannot be sure, since Azeri was the lingua franca of the Caucasus and well understood at the Georgian court, it is possible that Sayat-Nova performed his songs in this language in public, in and outside Tiflis and T'elavi