Qaqauz əlifbası — qaqauz dilində yazmaq üçün istifadə olunan əlifba. Əlifba var olduğu dövr ərzində müxtəlif qrafik əsaslarla mövcud olub və dəfələrlə islahatlara məruz qalıb. Son islahatlardan sonra qaqauz əlifbası latın əlifbasının əsasında fəaliyyət göstərir. Əlifbanın inkişaf dövrü 3 hissəyə bölünür:
Qaqauz əlifbası ilə mətnlər ilk dəfə rus alimi V.Moşkov tərəfindən 1895–1896-cı illərdə nəşr edilib. Mətnlərin yazılışı üçün o Elmlər Akademiyasının kiril əlifbası ilə olan türkoloji əlifbasından istifadə etmişdir. Əlifba bu hərflərdən ibarət idi: а, б, в, г, д, е, ж, з, j, i, к, л, м, н, о, п, р, с, т, у, ф, х, ц, ч, ш, ы, џ, ӡ, l, h, ā, ē, ī, ō, ӯ, ы̄, ö, ȫ, ÿ, ä, ǟ. Hərflərin üzərindəki simvollar …………. bildirirdi. Makron səsin uzunluğunu bildirirdi.
1909-cu ildən 1914-cü ilə qədər qaqauz müəllim Mixayıl Çakır bir neçə dini kitabı qaqauz dilinə çevirərək Kişinyovda nəşr elətdirir. O rus əlifbasından çox az fərqlənən əlifbadan istifadə etmişdi. Bu əlifbada "щ" hərfi yox idi. Əlifbada rus əlifbasından fərqli olaraq "дж", "i", "аа", "её", "оо", "ии", "ыы", "юю" hərf və diqrafları var idi.
1932–1938-ci illərdə qaqauzların kompakt yaşadıqları ərazilər Rumıniyanın ərazisinə daxil olanda, Çakır latınlaşdırılmış rumın əlifbasının əsasında, qaqauz dilində daha bir neçə kitab nəşr etdirdi. Bu əlifbada İncil və "Bessarabiya qaqauzlarının tarixi və qaqauz-rumın lüğəti" kitabları çap edildi. Bu nəşrlərin əlifbasında a, â, ă, b, c, d, e, f, g, h, i, î, j, k, l, m, n, o, p, r, s, ş, t, ţ, u, v, ƶ, а hərfləri və aa, ââ, ee, ea, eaea, ii, ia, îa, ăă, io, ioio, iu, iuiu, oo, uu, ce, cea, ci, cia, cio, ciu, dj tetraqrafları yer alırdı.
Qaqauzların kompakt yaşadıqları ərazilər SSRİ tərkibinə qatıldıqdan sonra daimi qaqauz əlifbasının yaradılması və bu əlifbanın təhsildə, kino çəkilişlərində və eləcə də mətbuatda işlədilməsini təmin etmək barədə məsələ qaldırıldı. Bu məsələni həll etmək üçün 1947-ci ildə SSRİ Elmlər Akademiyasının Dil bilikləri İnstitutunda N.Dmitriyevin rəhbərliyi ilə komissiya yaradıldı. Komissiya kiril əlifbasının əsasında qaqauz əlifbasını yaratdı lakin o illərdə bu layihə reallaşmır. Bu əlifba ıayihəsində rus əlifbasından olan hərflərdən əlavə ө, и, ү, hərfləri var idi bundan başqa uzun saitlər makron vasitəsilə qeyd edilirdi.
30 iyul 1957-ci ildə Moldova SSR Ali Sovetinin Bürosunun göstərişi ilə qaqauz əlifbası kiril əlifbasının əsasında təsdiq edilib. Bu əlifbada rus əlifbasının bütün hərfləri var idi bundan başqa burada Аь аь, Оь оь, Уь уь diqrafları da yer almışdı. [дж] afrikatası isə ya "ж" hərfi kimi ya da "д" və "ж" hərflərinin birləşməsi kimi qeyd edilirdi. Lakin diqrafların yazıda istifadəsi rahat olmadığı üçün elə həmin ilin dekabrında həmin diqraflar Ӓ ä, Ӧ ö, Ӱ ÿ hərfləri ilə dəyişdirildilər. 1968-ci ildə qaqauz əlifbasına "Ӂ ӂ" hərfi əlavə edildi. Bununla da qaqauz əlifbası belə hal aldı:
А а | Ӓ ӓ | Б б | В в | Г г | Д д | Е е | Ё ё | Ж ж | Ӂ ӂ |
З з | И и | Й й | К к | Л л | М м | Н н | О о | Ӧ ӧ | П п |
Р р | С с | Т т | У у | Ӱ ӱ | Ф ф | Х х | Ц ц | Ч ч | Ш ш |
Щ щ | Ъ ъ | Ы ы | Ь ь | Э э | Ю ю | Я я |
Ӓ ӓ hərfi гласный переднего ряда, Ӧ ӧ hərfi Ӱ ӱ hərfi. Qalın saitlər eyni hərfin iki dəfə yazılması ilə qeyd olunur.
SSRİ dağıldıqdan sonra Moldova əlifbasının latın əlifbasına keçidi ilə əlaqədar qaqauz əlifbasının da latına keçməsi ilə əlaqədar sual qaldırıldı. 29 yanvar 1993-cü ildə Qaqauz Respublikasının Ali məclisi "Qaqauz əlifbasının latın qrafikasına keçidi" ilə bağlı fərman qəbul etdi. 13 may 1993-cü ildə bu qərar Moldova parlamenti tərəfindən təsdiqləndi. Yeni əlifbaya bu hərflər daxil oldu: A a, Ä ä, Ă ă, B b, C c, Ç ç, D d, E e, F f, G g, H h, I ı, İ i, J j, K k, L l, M m, N n, O o, Ö ö, P p, R r, S s, Ş ş, T t, Ţ ţ, U u, Ü ü, V v, Y y, Z z. Bundan başqa uyğunlaşmamış xarici sözlərin və xüsusi adların yeni əlifba ilə aydın ifadə olunması üçün yeni əlifbaya məcbur olmayan bu hərflər də əlavə edildi: Х х, W w, Q q, Â â, Ğ ğ. 1996-cı ildə yeni latınla yazılan qaqauz əlifbasına bir sıra dəyişikliklər edildi. Yeni hərf olan Ê ê əlifbaya əlavə edildi, Ă ă hərfi isə məcbur olmayan hərflər siyahısına əlavə edildi.
Hazırda qaqauz əlifbası belədir:
A a | Ä ä | B b | C c | Ç ç | D d | E e | Ê ê | F f | G g | H h |
I ı | İ i | J j | K k | L l | M m | N n | O o | Ö ö | P p | R r |
S s | Ş ş | T t | Ţ ţ | U u | Ü ü | V v | Y y | Z z |
2014-cü ildə qəbul edilmiş " Qaqauz dilinin orfoqrafiya və durğu işarələri qaydaları"-nda məcbur olmayan hərflər haqqında heç bir qeyd yoxdur.
Алфавит Мошкова (1895) |
Алфавит Чакира (1909) |
Алфавит Чакира (1932) |
Алфавит 1957 г. 1-й вариант |
Алфавит 1957 г. 2-й вариант |
Современный алфавит |
---|---|---|---|---|---|
Аа, Āā | Аа | Aa | Аа | Aa | |
Ӓӓ, Ǟǟ | Яя | Ia ia | Аь аь | Ӓӓ | Ää |
Бб | Bb | Бб | Bb | ||
Вв | Vv | Вв | Vv | ||
Гг | Gg | Гг | Gg | ||
Дд | Dd | Дд | Dd | ||
Ее, Ēē | Ее | Ee | Ее | Ee, Ye ye | |
- | - | - | Ёё | Yo yo | |
Жж | Jj | Жж | Jj | ||
Џџ | Дж дж | Gi gi, Dj dj | Дж дж | Ӂ ӂ (с 1968) | C c |
Зз, Ӡӡ | Зз | Ƶƶ | Зз | Zz | |
Ii, Īī | Ии, Ii | Ii | Ии | İi | |
Jj | й | - | Йй | Yy | |
Кк | Cc, Kk | Кк | Kk | ||
Лл, Ll | Лл | Ll | Лл | Ll | |
Мм | Mm | Мм | Mm | ||
Нн | Nn | Нн | Nn | ||
Оо, Ōō | Оо | Oo | Оо | Oo | |
Ӧӧ, Ȫȫ | Ёё | Io io | Оь оь | Ӧӧ | Öö |
Пп | Pp | Пп | Pp | ||
Рр | Rr | Рр | Rr | ||
Сс | Ss | Сс | Ss | ||
Тт | Tt | Тт | Tt | ||
Уу, Ӯӯ | Уу | Uu | Уу | Uu | |
Ӱӱ | Юю | Iu iu | Уь уь | Ӱӱ | Üü |
Фф | Ff | Фф | Ff | ||
Хх, Hh | Хх | Hh | Хх | Hh | |
Цц | Ţţ | Цц | Ţţ | ||
Чч | Ci ci | Чч | Çç | ||
Шш | Şş | Шш | Şş | ||
- | - | - | Щщ | - | |
- | ъ | - | ъ | - | |
ы, ы̄ | ы | Îî, Ââ | Ыы | Iı | |
- | ь | - | ь | - | |
- | Ээ | Ăă | Ээ | Êê | |
- | - | - | Юю | Yu yu | |
- | - | - | Яя | Ya ya |