Kuroda Seyki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kuroda Seyki
yap. 黒田清輝
Doğum tarixi 9 avqust 1866(1866-08-09)
Doğum yeri
Vəfat tarixi 15 iyul 1924(1924-07-15)[1][2][…] (57 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Hase məbədi[d]
Fəaliyyəti rəssam, siyasətçi
Təhsili
  • Nişoqakuşa Universiteti[d]
Mükafatları "Fəxri legion" ordeninin Böyük xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kuroda Seyki (黒田 清輝?, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima15 iyul 1924[1][2][…], Tokio şəhəri[d]) və ya Kuroda KiyoteruYaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir.[3] "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur.[4]

Həyatı

Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür.[3] 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir.[3] Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto HasuiFuci Masazo ilə tanış olmuşdur.[3] İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur.[3] Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur.[3]

Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir.[3] 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.[3] O, Meyci Təsviri İncəsənət Cəmiyyətinə qoşulanda gənc üzvlər onun liderliyini sezmiş, mühafizəkarlar isə onu rəqib hesab etmişdirlər.[3] Kollenin digər tələbəsi olmuş Kume Keyiçiro ilə birlikdə fransız sisteminə əsaslanan Tenşin Doco studiyasını açmışdır.[3]

1896-cı ildə Kuroda və onun təqibçiləri Meyci Təsviri İncəsənət Cəmiyyətini tərk edərək Ağ At Cəmiyyəti adlı müstəqil rəssamlıq təşkilatı yaratmışdırlar.[3] Tezliklə ona Tokio İncəsənət Məktəbinə qoşulmaq barədə təklif gəlmiş və o, Yaponiyada Qərb rəssamlığının liderinə çevrilmişdir.[3] 1897-ci ildə çəkdiyi "Göl kənarı" əsəri onun ən tanınmış əsəri hesab olunur.[3] 1900–01-ci illərdə Parisdə Yaponiya Təhsil Nazirliyinin nümayəndəsi kimi işləmiş və Parisdə beynəlxalq sərgilərdə çıxış etmişdir.[3]

Kuroda 1907-ci ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan Bunten sərgisinin hakimi təyin olunmuş, 1919-cu ildə İmperiya evinin rəssamı seçilmiş, 1919-cu ildə isə Yaponiya Təsviri İncsənət Akademiyasının üzvlüyünə qəbul edilmişdir.[3] 1922-ci ildə bu təşkilatın prezidenti seçilmişdir.[3] 1920-ci ildə Yaponiya parlamentinin deputatı olmuşdur.[3] O, 1930-cu ildə İncəsənət Tədqiqatı İnstitutunun əsasını qoymuşdur.[3]

İrsi

Kurodanın "Göl kənarı" və "Mayko" əsərləri Yaponiya hökuməti tərəfindən buraxılmış poçt markalarının üzərində təsvir edilmişdir.[4] Tokio Milli Muzeyində onun əsərlərinin sərgiləndiyi Kuroda Memorial Zalı yaradılmışdır.[4] Google 9 avqust 2022-ci ildə Kurodanın 156 illiyi münasibətilə dudl təqdim etmişdir.[4]

Əsərləri

İstinadlar

  1. 1 2 Oxford Art Online (ing.). [Oxford, England]: OUP, 2002.
  2. 1 2 Seiki Kuroda (nid.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Kodansha Encyclopedia of Japan
  4. 1 2 3 4 "Seiki Kuroda's 156th birthday". Google (ingiliscə). 9 avqust 2022. 23 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2022.

Ədəbiyyat