Tokio Milli Muzeyi (東京国立博物館, Tokyo Kokuritsu Hakubutsukan?) — Yaponiyanın ən qədim və ən böyük muzeyi. Muzeyin təxminən 100 min m². sahədə beş binası var: Əsas bina, Şərq binası, Heyseykan binası, Mərasim binası, Kuroda Memorial zalı.
Tokio Milli Muzeyi | |
---|---|
Əsası qoyulub | 1872[1] |
Açılış tarixi | 17 aprel 1872[2] |
Ölkə | |
Ziyarətçi sayı |
|
35°43′08″ şm. e. 139°46′35″ ş. u.HGYO | |
tnm.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Tokio Milli Muzeyi nəhəng bir mədəniyyət mərkəzidir. Burada Qədim və Orta əsrlərə aid yapon incəsənətinə, eləcə də İpək Yolu boyunca Asiyadan olan incəsənət və mədəniyyət əsərlərinin geniş kolleksiyası toplanılıb, qorunur və nümayiş etdirilir.[4]
Muzeydə yunan-buddist sənətinin böyük kolleksiyası, həmçinin, fiziki şəxslər və təşkilatlar tərəfindən əmanət edilmiş 2651 mədəni sərvət var. Rəsmi olaraq muzeydə 89 milli xəzinə, 319 Horyuci xəzinəsi və 649 əhəmiyyətli mədəni əmlak daxil olmaqla təxminən 120.000 mədəni əmlak var. Bunlardan 3000 əşya eyni anda nümayiş etdirilir, hər bir element 4–8 həftə ərzində dəyişdirilir.[5]
Muzey Tokionun Ueno Şəhər parkında yerləşir. Muzeyin ərazisində restoran və mağazalar, eləcə də açıq hava sərgiləri və ziyarətçilərin mövsümi mənzərələrdən həzz ala biləcəyi bağ var.
Əsas bina (本館 Honkan) 1938-ci ildə açılmış Milli Muzeyin əsas sərgi qalereyasıdır. Memarı Jun Vatanabedir. Burada təsviri və tətbiqi sənət əsərləri, tarixi və etnoqrafik materiallar, yapon mədəniyyətinin qədim dövrlərdən bu günə qədər inkişafını izləməyə imkan verən və onun xarakterik xüsusiyyətləri haqqında təsəvvür yaradan yapon mədəni dəyərləri toplanıb.
Şərq binası və ya Asiya qalereyası (東洋館 Toyokan) — 1968-ci ildə açılıb. Memarı Yoşiro Taniguşidır. Şərq binasında təsviri və tətbiqi sənət əsərləri, eləcə də, Yaponiya istisna olmaqla şərq regionunun bütün ölkələrinin arxeoloji tapıntıları sərgilənir. Burada hər bir ölkənin mədəni xüsusiyyətləri ilə tanış olmaq və Yaponiya ilə mədəni əlaqələri izləmək olar.
Şərq binası muzeyin Çin, Koreya, Hindistan, Cənub-Şərqi və Mərkəzi Asiya incəsənətinə aid kolleksiyalarını nümayiş etdirir. Buraya Misir ekspozisiyalarının nümayişi də daxildir. Zirzəmisində teatr, yan tərəfində isə yeməkxana var.[6]
Mərasim binası (表慶館 Hyōkeikan) xüsusi sərgilər istisna olmaqla ictimaiyyət üçün bağlıdır.[8] Memarı Takuma Katayamadır. Mərasim Binası hazırda muzey daxilində təhsil mərkəzi kimi istifadə olunur. Orada müxtəlif elmi cəmiyyətlər fəaliyyət göstərir, konfranslar keçirilir.
Mərasim binası ilk dəfə 1909-cu ildə açılmışdır. Onun adı 1900-cü il mayın 10-da vəliəhd şahzadə Yoşihito və Sadako Kujonun (sonralar İmperator Tayşo və İmperator Teimei) toylarının şərəfinə tikildiyini əks etdirir. Meyci dövrünün Qərbin təsiri altında olan memarlığına bir nümunə olaraq, 1978-ci ildə Əhəmiyyətli Mədəniyyət Mülkiyyəti olaraq təyin olundu.
Heyseykan binası (平成館 Heiseikan) — 1999-cu ildə açılıb. Onun adı 1989-cu ildən 2019-cu ilə qədər hakimiyyətdə olan İmperator Akihitonun hökmranlıq dövrünü əks etdirir. Bina 9 iyun 1993-cü ildə vəliəhd şahzadə Hironun Masako Okava (indiki İmperator Naruhito və İmperator Masako) ilə toyunun xatirəsinə ucaldılıb.[9]
Yapon Arxeologiya Qalereyası qazıntı zamanı tapılmış artefaktların tarixinə dair arxeologiyadan istifadəni təqdim edir və dünyanın ən qədim saxsı məmulatlarından biri olan Comon xətti aplikasiyalı qablar da daxil olmaqla, Yapon arxeologiyasının müxtəlif tapıntıların nümayişini ehtiva edir.
Kuroda Kinenkan (Kuroda Memorial Zalı) (法隆寺宝物館 Horyuji homotsukan)[11] mühüm Qərb üslublu (yoqa) rəssamı Kuroda Seykinin əsərləri toplusunu saxlayır. Onun kolleksiyası hazırda 126 yağlı boya tablosu və 170 rəsmdən, həmçinin eskiz dəftərlərindən, məktublardan və s. ibarətdir.[12]
Okada Şiniçiro tərəfindən layihələndirilən zal 1928-ci ildə Kurodanın sərvətinin bir hissəsini "incəsənəti təbliğ etmək üçün layihələri maliyyələşdirmək" üçün istifadə etmək vəsiyyətinin bir hissəsi olaraq tikilmişdir.[13]
Memorial zalın İkinci mərtəbəsi 4 otaqdan ibarətdir: Kuroda Xatirə zalı, Oxu zalı, Audiovizual zalı və Kolleksiyanın diqqətəlayiq məqamları qalereyası.[13]
Tokio Milli Muzeyi Yaponiyanın ən qədim milli muzeyidir.[14] Hesab edilir ki, onun mənşəyi Meyci dövrü, 1872-ci il martın 10-dan aprelin 30-dək Maarif Nazirliyinin Muzey İdarəsi tərəfindən Imperiya sənət əsərlərinin və elmi nümunələrin ictimai sərgisi olan Yuşima Seydo və ya Şoheyzaka sərgisindən başlayıb.[15]
Əşyaların həqiqiliyi ölkə daxilində müxtəlif imperator, zadəgan və məbəd sahibliklərini kataloqlaşdıran və yoxlayan son Çinşin Tədqiqatı ilə təsdiqləndi.[16] 1872-ci ildə Şoheyzaka məhəlləsindəki keçmiş Yuşima Seydo Konfutsi məbədinin Tayseyden zalında keçirilən sərgi hər gün səhər saat 9:00-dan axşam 16:00-a qədər açıq idi və təxminən 150.000 insan qəbul eləmişdir.[15] 1873-cü ildə Vyanada keçirilən sərgidə, regional əşyaların kolleksiyasından əlavə, ziyarətgahı olan tam Yapon bağı, Tokio İmperator Məbədinin keçmiş paqodasının maketi, Naqoya qalasından Kamakura Buddanın surəti də daxil idi.[17]
Uşiyamaşita Muzeyi 1873-cü il aprelin 15-də müvəqqəti açılmışdır. 30 mart 1875-ci ildə muzey Daxili İşlər Nazirliyinin tabeliyinə verildi.[18] Bu vaxta qədər o, Yapon əntiq əşyalarına, kənd təsərrüfatına və təbiət elmlərinə həsr olunmuş eksponatları olan istixana da daxil olmaqla yeddi binanı əhatə edirdi. Ərazidə mal-qara üçün sahə və ayılar üçün otaq var idi.[18] Muzey sənaye ilə əlaqəli olmağa davam edirdi və 1877, 1881 və 1890-cı illərdə Ueno Parkında keçirilən milli sənaye sərgilərində fəal iştirak etmişdir.[19]
Ueno muzeyi 1873-cü ildə Meyci islahatının başlanğıcını qoyan Boşin Müharibəsi zamanı Kaneyci məbədinin böyük hissəsinin dağıdılmasından sonra paytaxt hökumətinə məxsus torpaqda yaradılmışdır. Muzeyin ilk direktoru Hisanari Maşida hələ 1873-cü ildə genişmiqyaslı muzey yaratmaq üçün geniş parkdan istifadə edilməsini istəyirdi, lakin müzeyin bir hissəsi Daxili İşlər Nazirliyi tərəfindən 1875-ci ilə qədər hərbi və təhsil nazirlikləri üçün istifadə edilirdi.[20]
Muzey üçün ilkin konsepsiya Londondakı Cənubi Kensinqton Muzeyinə (indiki Viktoriya və Albert Muzeyi) əsaslanırdı,[21][22]lakin mühüm dəyişikliklər edildi. Muzeyin kolleksiyaları səkkiz kateqoriyaya bölündü: təsviri incəsənət, təbiət, kənd təsərrüfatı və meşə təsərrüfatı, tarix, hüquq, təhsil, sənaye, Yer kürəsi və dəniz.
Nazirlik 1876-cı ilin yanvarında bütün parkı muzeyə verdi. 1881-ci ilin aprelində muzey Daxili İşlər Nazirliyindən Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tabeliyinə köçürüldü və Asakusa Bunkonun kitab kolleksiyası muzeyə əlavə edildi.[23]
20 mart 1882-ci ildə İmperator Meycinin iştirak etdiyi mərasimdə muzey və zoopark açıldı.[20] Muzey bazar ertəsi istisna olmaqla, hər gün ictimaiyyət üçün açıq idi. 1888–1889-cu illərdə[24][25]İmperator ailəsi muzeyin mülkiyyətini ələ keçirdi, öz əməliyyatlarını mədəni və elmi axtarışlara yönəltdi və ticarət və sənaye ilə birbaşa iştirakına son qoydu.
1924-cü ildə bütün Ueno parkı, muzey və zooparkla birlikdə hədiyyə olaraq Tokio Bələdiyyə Hökumətinini tabeliyinə verildi.[26]
İndiki Honkan[27] 1938-ci ildə ictimaiyyətə açıldı.[28] 1940-cı ilin noyabrında Yaponiya imperatorunun hakimiyyətə gəlməsinin 2600-cü ildönümünü qeyd etmək üçün Şosoin ilk dəfə ictimaiyyətə nümayiş etdirildi. 20 gün davam edən sərgi zamanı onları görməyə 400.000 nəfər gəldi.[28] 1947-ci ildə muzey Təhsil Nazirliyinin, Müstəqil İnzibati Müəssisəsinin tabeliyinə verildi. 2001-ci ildə Milli Muzey Kyoto, Nara, 2005-ci ildə Kyuşu Milli Muzeyləri, 2007-ci ildə Müstəqil İnzibati İnstitut Milli Mədəni İrs İnstitutu administrasiyası ilə birləşdirdi.[29]
18 oktyabr 2022-ci ildə dekabrın 11-də Tokio Milli Muzeyi özünün 89 milli sərvətinin hamısını ilk dəfə bir sərgidə nümayiş etdirməklə 150 illik yubileyini qeyd etdi.[30]
Bina 2001-ci ildə Yaponiyanın Əhəmiyyətli Mədəni Mülkiyyəti elan edilmişdir.