Kuroda Seyki (黒田 清輝?, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[1][2][…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir.[3] "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur.[4]
Kuroda Seyki | |
---|---|
yap. 黒田清輝 | |
Doğum tarixi | 9 avqust 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyul 1924[1][2][…] (57 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, siyasətçi |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür.[3] 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir.[3] Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur.[3] İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur.[3] Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur.[3]
Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir.[3] 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.[3] O, Meyci Təsviri İncəsənət Cəmiyyətinə qoşulanda gənc üzvlər onun liderliyini sezmiş, mühafizəkarlar isə onu rəqib hesab etmişdirlər.[3] Kollenin digər tələbəsi olmuş Kume Keyiçiro ilə birlikdə fransız sisteminə əsaslanan Tenşin Doco studiyasını açmışdır.[3]
1896-cı ildə Kuroda və onun təqibçiləri Meyci Təsviri İncəsənət Cəmiyyətini tərk edərək Ağ At Cəmiyyəti adlı müstəqil rəssamlıq təşkilatı yaratmışdırlar.[3] Tezliklə ona Tokio İncəsənət Məktəbinə qoşulmaq barədə təklif gəlmiş və o, Yaponiyada Qərb rəssamlığının liderinə çevrilmişdir.[3] 1897-ci ildə çəkdiyi "Göl kənarı" əsəri onun ən tanınmış əsəri hesab olunur.[3] 1900–01-ci illərdə Parisdə Yaponiya Təhsil Nazirliyinin nümayəndəsi kimi işləmiş və Parisdə beynəlxalq sərgilərdə çıxış etmişdir.[3]
Kuroda 1907-ci ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan Bunten sərgisinin hakimi təyin olunmuş, 1919-cu ildə İmperiya evinin rəssamı seçilmiş, 1919-cu ildə isə Yaponiya Təsviri İncsənət Akademiyasının üzvlüyünə qəbul edilmişdir.[3] 1922-ci ildə bu təşkilatın prezidenti seçilmişdir.[3] 1920-ci ildə Yaponiya parlamentinin deputatı olmuşdur.[3] O, 1930-cu ildə İncəsənət Tədqiqatı İnstitutunun əsasını qoymuşdur.[3]
Kurodanın "Göl kənarı" və "Mayko" əsərləri Yaponiya hökuməti tərəfindən buraxılmış poçt markalarının üzərində təsvir edilmişdir.[4] Tokio Milli Muzeyində onun əsərlərinin sərgiləndiyi Kuroda Memorial Zalı yaradılmışdır.[4] Google 9 avqust 2022-ci ildə Kurodanın 156 illiyi münasibətilə dudl təqdim etmişdir.[4]