Kyuşu regionu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kyuşu regionun yerləşməsi
Kyuşu regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Kyuşu (ada)
Statistika
Sahə 35640 km²
Əhali 13231995 nəf.
   Əhali sıxlığı 332,38 nəfər/km²
Prefekturalar 8

Kyuşu (九州, doqquz vilayət?) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, MiyazakiOkinava.

Adı

Kyuşu (九州, doqquz vilayət?) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır.[1]

Coğrafiya

Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir.[2] Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazıBunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır.

Dağlar

Çaylar

  • Onqa çayı
  • Yamakuni çayı
  • Çikuqo çayı
  • Yabe çayı
  • Matsuura çayı
  • Rokkaku çayı
  • Kase çayı
  • Honmyo çayı
  • Kikuçi çayı
  • Şira çayı
  • Midori çayı
  • Kuma çayı
  • Oita çayı
  • Oono çayı
  • Banco çayı
  • Qokase çayı
  • Omaru çayı
  • Oyodo çayı
  • Sendai çayı
  • Kimotsuki çayı

Tarix

Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.[2]

1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində[3] dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi.

İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.[2]

İstinadlar

  1. "Britannica: Kyushu". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  2. 1 2 3 "web-japan.org" (PDF). 2022-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-23.
  3. "photius.com". 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.

Həmçinin bax