Latviya latı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
500 Latviya latı

Lat (latış. Lats‎; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi.

1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir.

2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara gədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.[1]

Mənbə

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.