Müzəffər Qasımov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Müzəffər Qasımov
Ümumi məlumatlar
Doğum tarixi 23 fevral 1941(1941-02-23)
Doğum yeri Tovuz, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 iyul 2021(2021-07-20) (80 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1959—1974 SSRİ Dinamo (Kirovabad) 274+ (20+)
Məşqçisi olduğu klublar
1976—1977 SSRİ Proqress (Kirovabad)
1984 SSRİ Kəpəz (Kirovabad)
1989 SSRİ Kəpəz (Kirovabad)
Təltif və medalları
"Əmək veteranı" medalı — 1988 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965
Azərbaycan Respublikasının əməkdar məşqçisi — 1991 Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi — 2001

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Müzəffər Mədət oğlu Qasımov (23 fevral 1941, Tovuz20 iyul 2021) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu və məşqçisi. SSRİ idman ustası. Azərbaycan Respublikasının əməkdar məşqçisi. Gəncə şəhərinin fəxri sakini.[1]

Həyatı

Müzəffər Qasımov 23 fevral 1941-ci ildə Tovuz şəhərində anadan olmuşdur. İlk futbol məşqçisi Təvəkkül Hüseynovdur.[2] Məktəbdə 6-cı sinifdə oxuyarkən Tovuz yığmasına cəlb olunub. 1952-ci ildə Tovuz şəhərindəki 2 saylı orta məktəbi bitirmişdir.[3]

1959-cu ilin iyun ayında Kirovabad şəhərinin ustalardan ibarət "Tekstilşik" futbol komandasına dəvət olunub. 1974-cü ilədək bu komandanın əsas heyətində çıxış etmişdir. 1965-1974-cü illərdə komandanın kapitanı olmuşdur.[3]

1962-ci ildə Gəncədəki Bədən Tərbiyəsi və İdman Texnikumunu, 1967-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.[3]

1976-1977, 1984 və 1989-cu illərdə "Kəpəz" futbol komandasının baş məşqçisi, 1985 və 1990-cı illərdə isə rəisi kimi fəaliyyət göstərmişdir.[4][5]

2011-ci ildən ömrünün sonunadək Gəncə Regional Futbol Federasiyasında yarışların təşkili və keçirilməsi üzrə koordinator, Gəncə Futbol Veteranları Klubunun icraçı direktoru və "Kəpəz" Peşəkar Futbol Klubunun müşahidə şurasının üzvü olmuşdur.[3]

Şəxsi həyatı

Müzəffər Qasımov üç uşaqlı ailədə anadan olmuşdur, Nəsib və Qəzənfər adlı özündən böyük iki qardaşı olub. Atası Mədət Qasımov Böyük Vətən müharibəsində həlak olmuşdur.[6]

Oğlu, Rəşad Qasımov bir müddət "İnter" Peşəkar Futbol Klubunun prezidenti olub.[7]

Nailiyyətləri

Komanda

Dinamo: 1965
Dinamo: 1966

Dövlət mükafatları

İstinadlar

  1. "Bu gün Gəncə futbolu üçün ən əlamətdar günlərdən biridir". azerisport.com. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-30.
  2. "Müzəffər Qasımovun 80 yaşı tamam oldu". Football-plus.az. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-24.
  3. 1 2 3 4 "Tovuz qəzeti"nin xüsusi buraxılışı, 2021. səh. 2
  4. "Futbolumuzun Maşallahı". hafta.az. 2022-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  5. "Касумов Музафар Мадатович". sport-strana.ru. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  6. "Tovuz qəzeti"nin xüsusi buraxılışı, 2021. səh. 3
  7. "Prezident istefaya göndərildi - Yeni rəhbər təyin olundu". aznews.az. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.

Ədəbiyyat

  1. "Tovuz Xeyriyyə Cəmiyyəti" ilə "Tovuz qəzeti"nin xüsusi buraxılışı. Müzəffər Qasımov & Akif Fəttahov — 80. Tovuz: "Mətbuat firması". 2021.

Xarici keçidlər