Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu.
Tərlan Əhmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Tərlan Musa oğlu Əhmədov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Əli Bayramlı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 184 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 76 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi |
müdafiəçi yarımmüdafiəçi |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb.
90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir.
2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır.[1]
2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır.
2002/03 mövsümündə Azərbaycanda oynaya bilmədiyi üçün İranın yüksək liqa komandası "İstiqlal"ın dəvətini qəbul etdi. 2003-cü ildə "Volın" (Lutsk) klubuna keçid etdi və bu klubda mövsüm boyunca Ukraynanın yüksək liqasında 22 matç keçirmişdir. Tərlan Əhmədov "Volın"da Kamal Quliyev və Fərrux İsmayılov ilə birlikdə çıxış etmişdir.
2004-cü ildə "Volın" ilə müqaviləsi bitdikdən sonra yenidən Azərbaycana — "Qarabağ-Azərsun" klubuna qayıtdı.
2004–2006-cı illərdə "Karvan" (Yevlax) komandasında oynamışdır.[2] Kluba Azərbaycan çempionatında mükafat alması üçün iki mövsüm ard-arda kömək etmişdir.
2006–2009-cu illərdə baş məşqçi Əsgər Abdullayevin dəvəti ilə Azərbaycan Premyer Liqasının "Olimpik-Şüvəlan" klubunda oynamış, komandanın kapitanı olmuşdur.
2008-ci ildə, hələ futbolçu olarkən B kateqoriyasında məşqçilik lisenziyası almışdır.
2009-cu ildə futbolçu karyerasını bitirməyə qərar verərək məşqçiliyə başladı[3].
2009-cu ilin iyun ayından "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi vəzifəsində çalışıb. 2009/10 mövsümünün sonunda ailə səbəbləri ilə əlaqədar klubdan ayrıldı.
2011-ci ildə "Neftçi" (Bakı) klubunda baş məşqçinin köməkçisi kimi işləmişdir[4].
1992–2005-ci illər arasında Azərbaycan milli futbol komandasında çıxış etmiş və 75 oyun keçirmişdir. Milli komandada ilk oyununu 19 sentyabr 2002-ci ildə Gürcüstan milli futbol komandasına qarşı oynayıb.
Milli komandada son görüşünü 7 sentyabr 2005-ci ildə Avstriya milli futbol komandasına qarşı dünya çempionatının seçmə oyununda keçirib.
Dəfələrlə milli komandanın kapitanı təyin edilmişdir və kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan biridir.