Mübariz Zeynalov (d. 18 mart 1945, Kirovabad, Azərbaycan SSR, SSRİ – ö. 8 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycan futbolçusu. "Neftçi"nin əfsanəvi 1960-cı illər nəslinin nümayəndələrindən biri.[3] Karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış etmişdir.[3]
Mübariz Zeynalov | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Ləqəbi | Bol[1] | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Kirovabad | ||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (70 yaşında) | ||||||||||||||||||||||||||||||
Vəfat yeri | Azərbaycan, Bakı | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||||||||||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||||||||||
Boyu | 172 sm[2] | ||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq[2] kq | ||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
Mübariz Zeynalov 1945-ci il martın 18-də Kirovabad şəhərində anadan olmuşdur.[3]
Uşaq yaşlarından futbola böyük həvəsi olan Zeynalov bu idmanı o zamanlar doğma şəhərin daşlı, qəmbərli küçələrində öyrənib.[3] 15-16 yaşlarında ikən qonşuluğunda yaşayan Ağa Abbasovun təklifi ilə onun oynadığı "Alüminium Zavodu" komandasında meydana çıxır.[1] Bir müddət orada oynadıqdan sonra onu 17 yaşında ikən "Dinamo" (Kirovabad) komandasının hazırlıq qrupuna götürdülər və bir il də orada oynayır.[1] 1964-cü ildə komandanın əsas heyətinə qəbul edilir.[1] 1965-ci ildə "Dinamo" "Klas B"-də çempion olaraq "A qrupu"na vəsiqə qazanır və Mübariz Zeynalov da SSRİ İdman Ustası adını qazanır.[2]
1966-cı ildən "Neftçi"nin heyətində çıxış edir.[1] 1968-ci ildə dizindən ciddi zədə alır və Moskvada əməliyyat olunur.[1] Bu səbəbdən də 1 il oynamır.[1] 1969-cu il mövsümünün yarısından yenidən oynamağa başlayır.[1] Ümumilikdə "Neftçi"də 130-a yaxın görüş keçirmişdir.[1]
Həmin vaxtlarda Kirovabadda Kənd Təsərrüfatı İnsitutunda oxuyurdu, amma onu oyunlar səbəbindən smesterlərə gedə bilmədiyi üçün təhsildən xaric etmişdilər.[1] Elə bu vaxtlarda Bakıda yataqxana liftində təsadüfən Kirovabadın ikinci katibi Tofiq Kazımov ilə qarşılaşır. Hansı ki, o, institutlara nəzarət edirdi.[1] Mübariz ona İnstitutdan çıxarıldığını deyir və ondan köməklik istəyir.[1] Tofiq Kazımov bildirdi ki, onu instituta bərpa etmək çox asandır.[1]
"Amma bir şərtim var. Gəl Kirovabadda oyna, səni İnstitutuna qaytarım və bir ev verəcəm".[1]
Beləliklə 1972-ci ildə Kirovabada qayıdır, İnstitutun 3-cü kursuna bərpa edilir[2] və iki il orada oynadıqdan sonra 1974-cü ildə 29 yaşında ikən futbolçu karyerasını başa vurur.[1] Bu haqda sonralar o, belə demişdir:
"Bəzi şeylərə görə peşmanam. Karyeramı erkən bitirdiyimə görə, futboldan uzun illər kənarlaşdığıma görə peşmanam. Nə etmək olar, həyat davam edir, qismət belə imiş.".[2]
1992-1993-cü illərdə Ruslan Abdullayev və Ağasəlim Mircavadovla birlikdə Azərbaycan milli futbol komandasında məşqçi, 1993-cü ildə "Kəpəz"də baş məşqçi kimi fəaliyyət göstərib.[1]
Uzun bir müddət futboldan kənar qaldıqdan sonra, 2010-cu ildən AFFA-da seleksiyaçı-məşqçi kimi çalışmışdır.[1]
Ömrünün sonunda – 31 mart 2015-ci ildən[4] "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü idi.[5]
Mübariz Zeynalov 2015-ci ilin avqust ayının 8-də vəfat etmişdir.[5] O, uzun müddət müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişmişdir.[6] Ömrünün son aylarda 2 dəfə ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir.[6] Sonuncu dəfə veteran futbolçunun vəziyyəti ölümündən bir ay öncə pisləşmiş və o, komadan ayılmamışdır.[6]
1970-ci ildən nişanlı olmuş və karyerasını başa vurduqdan sonra 1974-cü ildə ailə qurmuşdur.[1] Onların 2 qız və bir oğlu dünyaya gəlmişdir.[1]