Mahir Abbaszadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mahir Abbaszadə
bayraq
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
2015-ci ildən
Şəxsi məlumatlar
Doğum adı Mahir Tapdıq oğlu Abbaszadə
Doğum tarixi 27 oktyabr 1975(1975-10-27) (48 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2015)[1] və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru.[2]

Həyatı

Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir[3].

1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi[3], 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis[3], 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir.[4]

Ehtiyatda olan zabitidir.[3]

Mahir Abbaszadə 15 noyabr 2018-ci il tarixində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib.

İngilis, rus, türk dillərini bilir.[5]

Ailəsi

Ailəlidir 3 övladı var[3].

Əməkdar müəllim Tapdıq Abbasovun oğlu, Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır.

Elmi fəaliyyəti

Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb[3].

1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir[3].

Siyasi fəaliyyəti

Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmiş və millət vəkili seçilmişdir.[6]

İstinadlar

  1. Laçınlılar Mahir Abbaszadəni seçdilər [ölü keçid]
  2. "Mahir Abbaszadəyə yüksək vəzifə verildi". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-15.
  3. 1 2 3 4 5 6 7 "Mahir Abbaszadə" (az.). lacin.info. 14-06-2012. İstifadə tarixi: 2014-11-14.[ölü keçid]
  4. "Zaminbank: "Gənclik" Filialı: Müdir: Abbaszadə Mahir Tapdıq oglu" (az.). zaminbank.az. 01.05.2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.
  5. "Təşviqat kompaniyası uğurla aparılır" (az.). sia.az. 09.10.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.
  6. 121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu [ölü keçid]