Pegasomums saginatum

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pegasomums saginatum
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Pegasomums saginatum (lat. Pegasomums saginatum)-Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ.

Xarici quruluşu

Cinsin ən iri nümayəndələri olub, ölçüləri 11,22-24 х 5-11 mm - ə çatır. Qurdun eni bədən uzunluğunun yarısını təşkil edir. Böyrək şəkilli yaxalıq zəif inkişaf edir,üzərində 27 iri tikan yerləşir.Yaxalığın hər tərəfində 4 cüt tikan yerləşmişdir.Udlaq 0.42-0.66 x 0.25-0.40 mm-dir.Qida borusu düz və ya əyilmiş boru formasında olub,uzunluğu 2.4-5.16 mm-dir.Qarın əmziyi 0.72-1.02x0.90-1.26 mm-ə çatır.[1] Cinsi bursa qarın əmziyinin ön tərəfində yerləşir.Sirrus silndir formasında olub, yaxşı inkişaf etmişdir.Sarılıqlar bağırsaq ayrıcılığının səviyyəsində qarışaraq,bədənin yan tərəflərini boş qoymaqla qida borusuna qədər bədənin ön hissəsinin median zonasını tutur.Sarılıqların arxa qurtaracağı bədənin qurtaracağı hüdudundadır.Yumurtalıq toxumluqların ön tərəfində yerləşir.Ölçüləri 0.48-0.96x0.48-1.04 mm-dir.Toxumluqlar qanadlıvə ya bütöv kənarlıdırlar.Birinci toxumluğun ölçüləri 1.14-3.50x2.24-4.53 mm ikincininki isə 1.50-3.50x2.53-4.58 mm-dir.Yumurtalıqların ölçüləri 0.084-0.144X0.048-0.085 mm-dir.[2].

Həyat tərzi

Azsaylı- kosmopolit növdür. Parazit orqanizm olub, quşların (Bubulcus ibis) bağırsağında yaşayır. Mürəkkəb həyat tərzi keçirir. Nəsillərin növbələşməsi və sahiblərin dəyişilməsi ilə müşayit edilir. Düşmənlıri yoxdur. Hermofradit orqanizmdir. Cinsi çoxalması yumurta qoyma (nəsil dəyişkənliyi) və qeyri-cinsi çoxalma (partenogeniz) formasında olur. Amerikada aralıq sahib şirin su ilbizləridir - Helisoma antrosum. İnsan həyatına təsiri məlum deyil.[3]

Yayılması

Dünyada 10, Qafqazda 2, Azərbaycanda 2 növlə təmsil olunmuşdur. Macarıstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan,Dağıstan, Gürcüstanda, Azərbaycanda isə Lənkəran (Qızılağac Dövlət Təbiət Qoruğu)və Kür-Araz ovalığı ərazilərində yayılmışdır.[4]

İstinadlar

  1. «Зоологический журнал», м.,1978 г, том LVII вып. 6, стр: 827-833
  2. Фейзуллайева О.В., Маxмудова Й.А. Работы по гельминтологии к 80-летию акад. К.И. Скрябина, М.1958 г., стр.145-147.
  3. Труды Аз.гос.Пед ин-та, Б., 1955, том II, стр. 197-203.
  4. Ж. «Паразитология», 1978, том. ХII, вып. 5, стр: 413-417

Həmçinin bax