Pikkeringit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pikkeringit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MgAl₂(SO₄)₄·22H₂O
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pikkeringit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Növ müxtəliflikləri

Buşmenit (Mn – pikkeringit).

Xassələri

Rəng – ağ, rəngsiz, sarımtıl, qırmızımtıl; Parıltı – şüşə, ipəyi; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 1,7-1,8; Sərtlik – 1,0-1,5; Ayrılma – {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – büzüşdürücü dadı var; suda həll olur; Morfologiya – kristallar: iynəvari, sacabənzər; Mineral aqreqatları: lifli və qarışıq-lifli bütöv kütlələr, qabıqlar, radial-şualı, sferoidal, bəzən druza şəkilli əmələgəlmələr.

Mənşəyi və yayılması

Sulfid yataqlarının oksidləşmə zonasında əmələ gəlir və adətən kəskin dəyişilmiş, alüminium oksidi ilə zəngin olan piritsaxlayan süxurlarda qeyd edilir. Mineralın əmələ gəlməsini palçıq vulkanları ilə də əlaqələndirirlər. Arid vilayətlər üçün səciyyəvidir. Birlikdə rast gəldiyi minerallar: melanterit, zəy, gips, yarozit, sərbəst kükürd, alunogen və b. Mineralın tapıldığı yerlər: İkike (Çili); Zallfeld və Lesten (Almaniya); Boya-Dağ (Türkmənistan). Azərbaycanda Bülüldüz sulfid təzahüründə (Laçın rayonu) qeyd edilmişdir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər