Qəhrəman Süleymanlı
Aşıq Qəhrəman Süleymanlı | |
---|---|
Qəhrəman Omar oğlu Süleymanov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraqala (Loru) |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Çörük Qəmərli, Qoçulu (Borçalı) |
Dəfn yeri | Qoçulu (Borçalı) |
Vətəndaşlığı | SSRİ, Gürcüstan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı |
Möminə Qəzənfər Bəylər Hilal Xanlar |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, şair, aşıq |
Janr | Folklor |
Musiqi aləti | Saz |
Qəhrəman Süleymanlı (Tam adı Qəhrəman Omar oğlu Süleymanov; 1925 Qaraqala (Loru) - Qoçulu (Borçalı), Bolnisi bələdiyyəsi, 11.07.2004) — Azərbaycan ustad aşığı. Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi olmuşdur. Şair.
Həyatı
Omar Alisgəndər oğlu Süleymanov Kür üstü Keşəli kəndində doğulur. Sonradan Böyük qardaşı İsabala həmkəndlisi ağa oğlunu öldürdüyünə görə həbs olunur. Tiflis qalasında həbs müddətini tez başa vuran İsabala həbsdən çıxdıqdan sonra vəfat edir. Bundan sonra ailə vəfat edən İsabalanın nişanlısı olan Gülbahar xanımı Omar Süleymanovla evləndirdikdən sonra öz qışlaqları olan Dağ Borçalı mahalının Qaraqala (Loru) kəndinə daimi olaraq köçmüşlər. 1925-ci ildə Dağ Borçalı mahalının Qaraqala (Loru) kəndində anadan olan Qəhrəman Süleymanlı ibtidai təhsilini orada alır sonra isə ailəsi ilə Qazaxıstana sürgünə göndərilib. İbtidai təhsilinin bir hissəsini Qazaxıstanda ərəb dilində aldıqdan sonra yenidən Qaraqala (Loru) kəndinə qayıdırlar. Sonra Qarayazı (Gürcüstan) rayonunun Nəzərli (Qardabani) kəndində 7 illik orta təhsilini orada bitirib yenidən ailəsinin yanına Qaraqala (Loru) kəndinə qayıdır və oradan 1942-ci ildə Böyük Vətən müharibəsinə çağırılır. Müharibədə ağır yaralanan şair bir müddət Bakıda müalicə alır. 1945-ci ildə müharibədən salamat qayıtmış atası Süleymanov Omarın yanına qayıdır və yenidən ailəsi ilə birgə Qazaxıstana sürgünə göndərilir.
Sürgündən qayıtdıqdan sonra Çörük Qəmərli rayonunun Qoçulu (Borçalı) kəndinə köçmüşlər. Orada evləndikdən sonra 1951-ci ildə yenidən Qazaxıstana sürgün olunan Qəhrəman Süleymanlının ilk uşağı Qazaxıstanda doğulduqdan sora yenidən Qoçulu (Borçalı) kəndinə qayıdır, orada Kolxozda baş mühasib vəzifəsinə işə düzəlib, bundan başqa Çörük Qəmərli rayonunda baş mühasib və bir neçə rayonda müxtəlif qurumlarda baş mühasib işləmişdir.
Şəcərəsi
Alı - (Ləqəbi Dik Alı)
Süleyman - (Ləqəbi Qonur Süleyman)
Alisgəndər
Omar
Qəhrəman
Yaradıcılığı
1950-ci illərdən başlayaraq şeir yazmağa başlayan Qəhrəman Süleymanlı eyni zamanda aşıqlıq sənəti ilə yaxından maraqlanıb, aşıqlıq elmini dərindən mənimsəmişdir.
Aşıq Hüseyn Saraçlı, Əhməd Sadaxlı, Aşıq Kamandar, Dünyamalı Kərəm, Faxralı şair İsmayıl, Aşıq Ədalət və s. aşıqlarla çox yaxın dostluq münasibətində olmuşdur.
Ağır məclislər, toylar aparmış aşığın adı Borçalıda yayılmış və tanınmışdır.
Dövrün bir çox qəzetlərində şeirləri çap olunan Qəhrəman Süleymanlı eyni zamanda dövrünün radio yayımlarında ifaları səsləndirilmişdir.
Borçalının və Qoçulu kəndinin şairləri, aşıqları və ağsaqqalları sırasına adını yazdıran sənətkarın əvəzsiz xidmətləri olmuşdur. Bir çox şagird yetişdirib öyrətmişdir.
Bundan başqa Qəhrəman Süleymanlı tarix və fəlsəfə ilə dərindən maraqlanmış, rus, gürcü və ərəb dillərində səlis oxuyub yazmağı, danışmağı bacarmışdır.
Vəfatı
Ustad aşıq 2004-cü ildə vəfat etmişdir. Məzarı Qoçulu qəbristanlığındadır.
İfaları
Bu videoda 26:47 -dən başlayaraq Aşıq Qəhrəman Süleymanlı, Aşıq Hüseyn Saraçlı və başqaları https://www.youtube.com/watch?v=VeKA_IKm1Kc
İstinadlar
Musa Nəbioğlu - Ozan Aşıq Dünyası (Bax səh. 84 - QƏHRƏMAN SÜLEYMANOV) - - Arxivləşdirilib
Müşfiq Borçalı - BOLUS (BOLNİSİ) RAYONU - 02 - Bax Qoçulu kəndi - Arxivləşdirilib
Şurəddin Məmmədlinin - AZƏRBAYCAN ƏDƏBİYYATININ BORÇALI QOLU 1920-ci ilə qədər - Bax İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT : 105. Dissertasiya (monoqrafiya) müəllifinin şəxsi arxivi: b) səhifə 345 - Qarani haqqında, söyləyən: Qoçulu kənd sakini Qəhrəman Süleymanov, tarix: 1995, avtoqraf - Arxivləşdirilib