Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd.[2]
Kənd | |
Qaraqala | |
---|---|
41°06′ şm. e. 44°07′ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Vorontsovka rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.710 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur. XIX əsrin ortalarında Yuxarı Qaraqaya və Aşağı Qaraqala hissələrindən ibarət olmuş, XX əsrin 30-cu illərində birləşmişdir. Yaxınlıqdakı "Qaraqala" qala xarabalığının adındandır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарагала // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. 1886-cı 183 nəfər, 1897-ci ildə 273 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə sakinləri deportasiya edilir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra deportasiya olunmuş azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır[4]. Kəndin sakinləri 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.