Rayan Qoslinq
Rayan Qoslinq | |
---|---|
ing. Ryan Thomas Gosling | |
Doğum tarixi | 12 noyabr 1980[1][2][…] (43 yaş) |
Vətəndaşlığı | |
Partnyoru |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor, qastronomçu, film prodüseri, kinorejissor, ssenarist, müğənni, bəstəkar |
Fəaliyyət illəri | 1993-cü ildən |
Boyu | 1,835 m |
Mükafatları | |
IMDb | ID0331516 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[1][2][…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. O, La La Lend filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Bioqrafiya
Rayan Tomas Qoslinq London, Ontarioda anadan olub.[3] Onun atası, Tomas Rey Qoslinq kağız istehsal edən kombinatın kommivoyajeri qismində çalışırdı,[4] anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir.[5][6] Onun atası Kanadalı-fransızdır.[7][8] Qoslinqin valideynləri dini baxımdan mormon idilər[9] və Rayanın dediyinə görə, bu dini inanc hər bir aspektdən onun həyatına təsir göstərib.[10] Atasının işinə görə onlar tez-tez başqa yerlərə köçürdülər[4] və buna görə də Rayan Kornuollda[11] və Börlinqtonda yaşayırdı.[12] O hələ uşaq olarkən onun valideynləri boşanırlar və Rayan öz bacısı Mendi ilə anası ilə yaşayırdılar.[5]
Şəxsi həyatı
Ailə: atası Tomas Qoslinq (ing. Thomas Gosling), anası Donna Qoslinq (ing. Donna Gosling), bacısı Mendi Qoslinq (ing. Mandi Gosling). Rayan təhsilini Börlinqtonda yerləşən Lester B Pearson High School və Kornuol Gladstone Public School'da almışdı. Sevdiyi musiqiçi — Çet Beykerdir. Sevdiyi yemək — kalmarlardan hazırlanmış bütün xörəklər. Sevdiyi rəng — göy. Sevdiyi film — Steynbekin eyniadlı romanı əsasında ekranizasiya olunmuş «Cənnətdən şərgdə» (ing. East of Eden) adlı filmdir[13].
2008-ci ildə Qoslinq Barak Obamanın prezident kampaniyasını dəstəkləmişdi.
Ev heyvanları: Rayanın itlərin saxlandığı müəssisədə öldürülməkdən xilas etdiyi, Corc adında köpəyi və 2 pişiyi var. Qoslinqin evləri Torontoda və Los-Ancelesdə yerləşir.
(2002—2003-cü illərdə) Sandra Bullok ilə görüşürdü[14], o həmçinin Famke Yanssen (2007—2008) və Ceymi Mürrey (2009—2010) ilə də görüşürdü[15]. Hazırda Rayan aktrisa Yeva Mendeslə əlaqədədir.[16][17]
Rayanın bədənində bir neçə tatuirovka da var[18][19].
Musiqi karyerası (Dead Man's Bones)
Rayan Zak Şilds ilə, onların Makadms bacıları ilə görüşdüyü zaman (Zak Keylin ilə görüşürdü) tanış olmuşdu. İlk öncə oğlanlar bir-birini xoşlamırdılar, lakin hər ikisinin hər növ zombi, bədheybət, gülyabanilərlə maraqlandığını bildikdən sonra, onlar özlərinin ümumi ideyalarını həyata keçirilməsi məqsədilə birgə layihə yaratmaq qərarına gəldilər. 2008-ci ilin dekabr ayında onlar «In The Room Where You Sleep» adlı albom və mahnıya videoklip buraxırlar.[20] Onlar Silverlake uşaq xor konservatoriyası ilə birgə debyut albom yazırlar, Rayan özü bir sıra musiqi alətlərində çalmağı öyrənir. Qoslinq fortepiano, gitara, bas-gitara və violonçeldə çalmağı öyrənir.[21] Albom 6 oktyabr 2009-cu ildə ANTI- Records şirkətilə buraxılmışdı.[22] Pitchfork Media albomun "yaddaqalan, unikal"[23], Prefix isə əksinə, albomun "yersiz kitç və vulqar" olduğunu qeyd etdilər.[24]
Kliplər
- In The Room Where You Sleep (2008)
- Name In Stone (2009)
Maraqlı faktlar
- 2004-cü ildə o People jurnalına əsasən ilk «50 ən seksual subay aktyor» adına layiq görülmüşdü.
- Rayan Beverli-Hillzdə yerləşən «Tagine» adlı Mərakeş mətbəxi restoranın sahibidir.
- Rayan gitara və fortepianoda çala bilir.[25]
- Uşaqlıqda Qoslinq Mikki Maus klubunun üzvü idi (The Mickey Mouse Club), və bu klubda ondan başqa Britni Spirs, Kristina Aqilera və Castin Timberleyk kimi müasir məşhurlar da var idi.[26]
Xeyriyyəçilik
Qoslinq müxtəlif sosial kompaniyalarda həmişə yardımçı olur. O həmçinin KFC və McDonalds şirkətlərin ətlik quşların kəsilməsinin təkmilləşdirilmiş üsullarla istifadəyə təşviqi və fermalarda çalışan işçilər tərəfindən süd qətirən inəklərin buynuzlarının kəsilməməsi məqsədilə PETA ilə əməkdaşlıq etmişdir.[27][28][29] Qoslinq 2005-ci ildə Mississipidə baş vermiş Katrina qasırğasından sonraki təmizləmə işlərinə volontyor qismində qatılmışdı.[30] 2005-ci ildə Rayan Çadda yerləşən Darfur qaçqın düşərgələrinə səfər etmişdi.[31]. O 2008-ci ildə Campus Progressin düzənlədiyi Milli Konfransda Darfur haqqda məruzəçi qismində çıxış etmişdi.[32] Bu proekt çərçivəsində Rayan 2007-ci ildə Uqandanı[33], 2010-cu ildə isə Şərgi Konqonu ziyarət etmişdi.[34]
Diskoqrafiya
Dead Man's Bones ilə birgə
- 2009: Dead Man's Bones
Solo
- 2011: "You Always Hurt the Ones You Love" – Blue Valentine: Original Motion Picture Soundtrack
Filmoqrafiya
Film
İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
1997 | Frankenstein and Me | Kenny | |
2000 | Remember the Titans | ||
2001 | The Believer | Danny Balint | |
2002 | Murder by Numbers | Richard Haywood | |
The Slaughter Rule | Roy Chutney | ||
2003 | The United States of Leland | Leland P. Fitzgerald | |
2004 | The Notebook | Noah Calhoun | |
2005 | Stay | Henry Letham | |
2006 | Half Nelson | Dan Dunne | |
2007 | Fracture | Willy Beachum | |
Lars and the Real Girl | Lars Lindstrom | ||
2010 | Blue Valentine | Dean Pereira | Also executive producer |
All Good Things | David Marks | ||
ReGeneration | Narrator | Documentary; also producer | |
2011 | Crazy, Stupid, Love | Jacob Palmer | |
Sürücü | Sürücü | ||
The Ides of March | Stephen Meyers | ||
2012 | The Place Beyond the Pines | Luke Glanton | |
2013 | Qanqsterlər dəstəsi | Sgt. Jerry Wooters | |
Only God Forgives | Julian | Also executive producer | |
White Shadow | — | Executive producer only[35] | |
2014 | Lost River | — | Director, writer and producer only |
2015 | The Big Short | Jared Vennett | |
2016 | The Nice Guys | P.I. Holland March | |
La La Lend | Sebastian Wilder | ||
2017 | Song to Song | BV | |
Ülgüc üzərində qaçan 2049 | Officer K | ||
2018 | First Man | Nil Armstronq | |
2022 | The Gray Man | Courtland Gentry "Sierra Six" | |
2023 | Barbi | Ken | |
2024 | The Fall Guy | Colt | Post-production |
Televiziya
İl | Ad | Rol | Epizod və qeydlər |
---|---|---|---|
1993–1995 | Mickey Mouse Club | Kameo | Teleserial |
1995 | Are You Afraid of the Dark? | Jamie Leary | 5.02 "The Tale of Station 109.1" |
1996 | PSI Factor: Chronicles of the Paranormal | Adam | 1.01 "Dream House/UFO Encounter" |
1996 | Kung Fu: The Legend Continues | Kevin | 4.09 "Dragon's Lair" |
1996 | Road to Avonlea | Bret McNulty | 7.09 "From Away" |
1996 | Goosebumps | Greg Banks | 1.15 "Say Cheese and Die" |
1996 | The Adventures of Shirley Holmes | Sean | 1.01 "The Case of the Burning Building" |
1996 | Flash Forward | Scott Stuckey | 1.11 "Double Bill" y 1.21 "Skate Bait" |
1996 | Ready or Not | Matt Kalinsky | 4.05 "I Do, I Don't" |
1997–1998 | Breaker High | Sean Hanlon | Teleserial |
1998 | Nothing Too Good for a Cowboy | Tommy | Televiziya filmi |
1998–1999 | Young Hercules | Hercules | Teleserial |
1998–1999 | Hercules: The Legendary Journeys | Zylus | 5.17 "The Academy" |
2005 | I'm Still Here: Real Diaries of Young People Who Lived During the Holocaust | Ilya Gerber | Sənədli film[36] |
Mükafat və nominasiyalar
Xarici keçidlər
- Rayan Qoslinq — IMDb səhifəsi
- Biografie von Ryan Gosling Arxivləşdirilib 2013-09-10 at the Wayback Machine
- Porträt Arxivləşdirilib 2012-05-25 at the Wayback Machine auf film-zeit.de
- Ryan Gosling comprehensive profile Arxivləşdirilib 2011-02-11 at the Wayback Machine
- Northern Stars Arxivləşdirilib 2012-11-15 at the Wayback Machine
- Half Nelson Interview
- "Whoa Canada, Oscar gives nod to the north"
- "The Mouseketeer that roared"[ölü keçid]
İstinadlar
- ↑ 1 2 Ryan Gosling // filmportal.de. 2005.
- ↑ 1 2 Ryan Thomas Gosling // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ "Ryan Gosling Says Onscreen Intimacy in 'Blue Valentine' 'Just Happened'". en:The Guardian. January 4, 2011. June 29, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ 1 2 Hiscock, John. "From Mouse to Big Cheese". Toronto Star. August 25, 2006. January 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ 1 2 "The Oddball". Time. October 4, 2007. January 25, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Let's Hear It from Goofy Mr. Gosling". Philippine Daily Inquirer. December 16, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Bieber, Lavigne, Gosling related: Report". Canoe.ca. October 11, 2012. February 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 31, 2013.
- ↑ "Justin Bieber, Ryan Gosling, and Avril Lavigne Relationship" (PDF). Ancestry.ca. May 9, 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: August 31, 2013.
- ↑ "In Love with a Real Doll". Beliefnet. January 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ Wood, Gaby. "I Live on Skid Row. You Can't Filter Out Reality There". The Guardian. February 21, 2007. December 23, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Ryan Gosling Biography". Tribute. January 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ Shea, Courtney. (January 5, 2011) Spotted! Ryan Gosling getting his Canuck Christmas on in Burlington | Telling Tales Arxivləşdirilib 2012-10-14 at the Wayback Machine. torontolife.com.
- ↑ "Ryan Gosling Online: Facts". 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
- ↑ "Celebrity Central – Sandra Bullock". People. March 3, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Who dated who: Ryan Gosling". 2008-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
- ↑ Питер Микелбэнк. "Ryan Gosling and Eva Mendes Take a Macabre Tour of Paris" (ingilis). People. 26 ноября 2011. 2012-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-2-19.
- ↑ Mikelbank, Peter. "Gosling and Mendes in Paris". People. November 26, 2011. January 12, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ «Ryan Gosling’s accidental tattoo» Arxivləşdirilib 2018-10-03 at the Wayback Machine. en:The New Zealand Herald (September 13, 2011), accessed October 01, 2011.
- ↑ "Ryan Gosling's Eclectic Tattoos | Celebrity Tattoo Design". 2020-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
- ↑ In The Room Where You Sleep (video)
- ↑ "Breaking: Dead Man's Bones". Rolling Stone. January 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Critic Reviews for Dead Man's Bones at Metacritic". Metacritic. November 16, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Dead Man's Bones". en:Pitchfork Media. February 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Dead Man's Bones". Prefix. April 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "КиноПоиск. Ru: Райан Гослинг". 2012-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
- ↑ "YouTube: The Mickey Mouse Club — Cry for you (JC Chasez, Ryan Gosling, Justin Timberlake)". 2008-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-18.
- ↑ "Ryan Gosling Speaks Out About Chicken Slaughter". Looktothestars.org. April 7, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Stars Say No To McDonald's Chicken Cruelty". Looktothestars.org. March 15, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Ryan Gosling stands up for cows, joins PETA in urging milk producers to stop dehorning animals Arxivləşdirilib 2018-12-05 at the Wayback Machine," Associated Press, 3 April 2013.
- ↑ "McAdams and Boyfriend Gosling in Mississippi". Canada.com. August 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "INT: Ryan Gosling". JoBlo.com. June 29, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ Argetsinger, Amy; Roberts, Roxanne. "Supporting Roles: Ryan Gosling as Darfur Activist and Humble Star". en:The Washington Post. July 9, 2008. June 29, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "At War in the Fields of the Lord". ABC News. March 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Ryan Gosling Makes Charity Trip to Eastern Congo". Looktothestars.org. April 7, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2012.
- ↑ "Ryan Gosling-Produced 'White Shadow' Acquired by IndiePix". Indiewire. February 26, 2015. February 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2015.
- ↑ "I'm Still Here: Real Diaries of Young People Who Lived During the Holocaust (2005)" Arxivləşdirilib 2020-12-05 at the Wayback Machine at IMDB.