Ruslan Lunyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ruslan Lunyov
Ruslan Lunyov 2016-cı ildə
Ruslan Lunyov 2016-cı ildə
Şəxsi məlumatlar
Tam adı Ruslan Vladimir oğlu Lunyov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 25 iyul 1989(1989-07-25) (34 yaş)
Doğum yeri
Boyu 184 sm.
İdman növü Atıcılıq
Karyera illəri 2006—
Məşqçisi Vladimir Lunyov

Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi.[1]

Karyerası

Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur.[2] Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır.[1][2]

2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi.[2] Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı.

Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi.[3] 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı.[3] Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi.[4] 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu.[4] Bu turnirdə də Ruslan Lunyov final mərhələsinə vəsiqə qazana bilmədi və Rio-de-Janeyro Olimpiadasında uğursuz çıxış elədi.[4]

Ruslan Lunyov 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medala sahib oldu.

Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyanın Bolonya şəhərində baş tutan Avropa Çempionatında 25 metr məsafəyə tapançadan atəşaçma turnirində gümüş medalın sahibi oldu.[2] Həmin turnirin nəticələrinə əsasən o, həm də olimpiya lisenziyasına sahib oldu. Həmçinin Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Ruslan Lunyova əlavə bir olimpiya lisenziyası da verildi.[5]

Ruslan Lunyov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] İyulun 24-də Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı.[6] Nəticədə o, təsnifat mərhələsini 574 balla 36 idmançı sırasında 20-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.[6] Avqustun 1-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı.[7][8] Ruslan Lunyov təsnifat mərhələsinin birinci turunda 282 balla 22-ci, növbəti turunda isə 286 balla 21-ci pillədə qərarlaşdı.[7] Nəticədə o, təsnifat mərhələsini 568 balla 26 idmançı sırasında 21-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.[9]

Ruslan Lunyov 2022-ci il ərzində ISSF Qran-Pri beynəlxalq turnirlərinin Xorvatiya mərhələsində gümüş, Bolqarıstanİspaniya mərhələlərində isə qızıl medallara sahib oldu.[2] Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatında isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirini gümüş medalla başa vurdu.[2]

Daha sonra Ruslan Lunyov 2023-cü ilin martında Estoniyanın Tallin şəhərində baş tutan Avropa Çempionatında 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində qızıl medalın sahibi oldu.[2] Bununla da o, həm də lisenziyaya sahib oldu.[10][11]

İstinadlar

  1. 1 2 3 4 Olympedia.org. "Ruslan LUNYOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 Beynəlxalq Güllə Atıcılığı Federasiyasının (ISSF) rəsmi internet səhifəsi. "Ruslan LUNYOV". www.issf-sports.org (ingilis). 22.08.2022. 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 Olympedia.org. "2016 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 Olympedia.org. "2016 Summer Olympics / Shooting / Rapid-Fire Pistol / 25 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. Azerisport.com idman portalı. "Прибавление в олимпийском составе". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  6. 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Руслан Лунев не вышел в финал". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  7. 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Руслан Лунев опередил троих". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  8. Azerisport.com idman portalı. "Квалификация Руслана Лунева". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  9. Azerisport.com idman portalı. "Токио-2020: Руслан Лунев стал 21-м". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  10. Azerisport.com idman portalı. "Азербайджанский стрелок завоевал лицензию на Олимпиаду-2024". www.azerisport.com (rus.)). 11.03.2023. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.03.2023.
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan atıcısı Ruslan Lunyov "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb". www.azertag.az (az.)). 11.03.2023. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.03.2023.