Sahib Ələkbərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sahib Ələkbərov
Vəzifədədir
1 aprel 2020-ci ildən
NazirMikayıl Cabbarov
2 iyul 2010 – 23 oktyabr 2019
NazirFazil Məmmədov
Mikayıl Cabbarov
bayraq
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
bayraq2
25 iyun 2009 – 2 iyul 2010
SədrArif Vəliyev
bayraq
Bakı Şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin başçısı
bayraq2
8 fevral 2005 – 25 iyun 2009
ƏvvəlkiTələt Məcidov
SonrakıAsif Əsgərov
bayraq
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
16 dekabr 1985 – 1991
ƏvvəlkiCahangir Müslümzadə
Sonrakıittifaq ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1952(1952-01-10) (72 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu (1972),
Moskva İctimai Elmlər Akademiyası (1984)
Uşağı Anar Ələkbərov
Rütbəsi
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Təltifləri "Şöhrət" ordeni — 2022 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2020

Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Həyatı

Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir.[1]

2020-ci ilin aprelindən isə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2]

Ailəlidir, üç övladı var. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərovun atasıdır.

İstinadlar

  1. "S.N.Ələkbərovun Azərbaycan Respublikasının vergilər nazirinin müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az saytı (az.). e-qanun.az. 02.07.2010. İstifadə tarixi: 2015-03-06.[ölü keçid]
  2. S. N. Ələkbərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mənbə