Azərbaycanın Birinci vitse-prezidenti — Azərbaycan Respublikasının ən ali ikinci dövlət vəzifəsi. Azərbaycanın Birinci vitse-prezidenti Prezidentdən sonra dövlətin başçısı hesab olunur. Azərbaycanın Birinci vitse-prezidenti vəzifəyə Azərbaycan Prezidentinin Sərəncamı ilə təyin edilir.
Azərbaycanın Birinci vitse-prezidenti | |
---|---|
Vəzifədədir Mehriban Əliyeva 21 fevral 2017-ci ildən | |
Başçılıq edir | Azərbaycan |
Vəzifənin təsis tarixi | 26 sentyabr 2016 |
Vəzifədə birinci | Mehriban Əliyeva |
Rəsmi saytı | mehriban-aliyeva.az |
2017-ci il fevralın 21-dən Azərbaycanın Birinci vitse-prezidentinin səlahiyyətlərini Prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva icra edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli nömrəli Sərəncamı ilə "Azərbaycanın Konstitusiyasında dəyişmələr edilməsi haqqında" Azərbaycanın Referendum Bəyannaməsi verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi.
(doğum—vəfat illəri) |
||||||
(1964—) |
Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə təyin edilib | |||||