Cahangir Müslümzadə

Cahangir Mövsüm oğlu Müslümzadə (21 noyabr 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1985–1988), Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi (1978–1985).

Cahangir Müslümzadə
14 dekabr 1985 – 16 mart 1988
ƏvvəlkiŞənlik Əliyev
SonrakıZülfü Hacıyev
bayraq
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi
bayraq2
4 may 1978 – 16 dekabr 1985
ƏvvəlkiVaqif Hüseynov
SonrakıSahib Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 21 noyabr 1945(1945-11-21) (78 yaş)
Doğum yeri
Partiya
Təhsili

Cahangir Mövsüm oğlu Müslümzadə 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1971–1974-cü illərdə Azərbaycan SSR Rabitə Nazirliyinin Mətbuatı Yayan İdarəsində təlimatçı, Azərbaycan LKGİ 26 Bakı Komissarı Rayon Komitəsinin Komsomol təşkilatları şöbəsinin müdiri, komitənin katibi olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan LKGİ MK Komsomol təşkilatları şöbəsinin müdiri, Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir.[1]

Cahangir Müslümzadə 4 may 1978-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş[2] və 16 dekabr 1985-ci ilədək bu vəzifədə çalışmışdır.[3] Həmin dövrdə o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş, Sumqayıt hadisələri ilə əlaqədar olaraq 16 mart 1988-ci ildə vəzifəsindən azad olunmuşdur.[4]

1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Cahangir Müslümzadə IX, XXI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd olmuşdur.[5]

Cahangir Müslümzadə sonralar Azərbaycan Birgə Müəssisələr və Beynəlxalq Birliklər Assosiasiyasının vitse-prezidenti olmuş, 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı seçilmişdir. Ali Sovetin Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan soydaşlarla əlaqələr daimi komissiyasının[6]Əfqanıstanda əsir düşmüş hərbi qulluqçuların — Azərbaycan Respublikası vətəndaşlarının işləri üzrə komissiyanın üzvü olmuşdur.[7]

  1. Мүслүмзадә Ҹаһанҝир Мөвсүм оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 292.
  2. Азәрбајҹан комсомолунун мүбариз вәзифәләри: [Республика ЛКҜИ МК-нын пленуму] // Коммунист. № 106 (16846). 5 мај 1978-ҹи ил. С. 1.
  3. Республика комсомолунун мүбариз вәзифәләри: [Азәрбајҹан ЛКҜИ МК-нын пленуму] // Коммунист. № 290 (19861). 17 декабр 1985-ҹи ил. С. 1.
  4. Сумгајыт Шәһәр Партија Комитәсинин пленуму // Коммунист. № 64 (20532). 17 март 1988-ҹи ил. С. 2.
  5. Мүслүмзадә Ҹаһанҝир Мөвсүм оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 300.
  6. Азәрбајҹан Республикасы Али Советинин бир сыра даими комиссијаларынын тәркибиндә дәјишикликләр едилмәси һаггында Азәрбајҹан Республикасы Али Советинин Гәрары // Азәрбајҹан Республикасы Али Советинин мәлуматы. № 9–10. Бакы. 1991. С. 31–32.
  7. Әфганыстанда әсир дүшмүш һәрби гуллугчуларын — Азәрбајҹан Республикасы вәтәндашларынын ишләри үзрә комиссија јарадылмасы һаггында Азәрбајҹан Республикасы Али Советинин Гәрары // Азәрбајҹан Республикасы Али Советинин мәлуматы. № 14. Бакы. 1991. С. 48. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.