Stefano Pioli
Stefano Pioli | |
---|---|
it. Stefano Pioli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1965[1] (58 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 183 sm |
Çəkisi | 72 kq |
Mövqeyi | müdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Stefano Pioli (İtalyanca səslənmə: [ˈsteːfano ˈpjɔːli]; 20 oktyabr 1965[1], Parma, İtaliya) — İtalyalı futbol məşqçisi və müdafiəçi kimi çıxış etmiş keçmiş futbolçu. Hal hazırda "Milan" klubunun baş məşqçisidir.
Oyunçu karyerası
Əslən Parmadan olan Pioli, öz futbolçu karyerasına doğma şəhərinin komandası olan "Parma" klubunda başlayıb. "Parma"nın heyətində 2 il çıxış etdikdən sonra, 1984-cü ildə "Yuventus" klubuna keçir. "Yuventus" klubunun formasını 3 il geyinən Pioli, klubla A Seriyası çempionluğunu, UEFA Çempionlar Kubokunu, Avropa Super Kubokunu və Qitələrarası Kubokunu qazanır.
1987-ci ildə "Hellas Verona" klubuna transfer olunur.
Pioli 1989-cu ildə "Fiorentina" klubuna keçir. Florensiya klubunda 6 il oynayır.
Daha sonra "Padova", "Pistoiese" və "Fiorentsuola" kimi klublarda karyerasını karyerasını davam etdirən Pioli, 1999-cu ildə "Kolorno" komandasında futbolçu karyerasını bitirir.
Məşqçilik karyerası
1999–2002-ci illərdə Pioli "Bolonya" klubunun, 2002–03-cü illərdə isə "Kyevo"nun aşağı yaş komandalarını çalışdırıb. 2003–04-cü illərdə o, B Seriyasında yarışan "Salernitana" klubunun baş məşqçisi təyin edilir. Burada bir mövsum çalışdıqdan sonra, 2004-cü ildə B Seriyasında yarışan digər kluba, "Modena"ya baş məşqçi təyin edilir.
2006-cı ildə Pioli doğma şəhərindən dəvət alır və "Parma"nın baş məşqçisi təyin edilir. Bu həmdə Piolinin İtaliya A Seriyasında məşqçi kimi debütu olur. Lakin o, 2007-ci il fevralın 12-də "Roma" klubuna 3–0 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir. Piolini Kladuo Ranyeri əvəzləyir.
"Parma"dan sonra Piolinin növbəti klubu B Seriyasında yarışan "Qrosseto" klubu olur. O, 11 sentyabr 2007-ci ildə ilk üç liqa matçında ardıcıl üç məğlubiyyətdən sonra istefaya göndərilən Corcio Rosellini əvəz edir.
Daha sonra o, 2008–09 mövsümundə "Pyaçentsa" klubunun baş məşqçisi olur.
2009-cu ilin iyul ayında o, "Sassuolo" klubuna qoşulmaq üçün "Pyaçentsa"dan ayrılır.
Kyevo
10 iyun 2010-cu ildə Pioli 12 aylıq müqavilə əsasında A Seriyası klubu "Kyevo"nun baş məşqçisi təyin edilir.
Palermo
2 iyun 2011-ci ildə Pioli "Palermo" klubunun baş məşqçisi təyin edilir, lakin o, cəmi 90 gün sonra vəzifəsindən azad edilir.
Bolonya
4 oktyabr 2011-ci ildə Pioli istefaya göndərilən Pierpaolo Bisolinin yerinə "Bolonya"nın yeni baş məşqçisi təyin edilir.
"Bolonya" ilə iki çətin mövsüm keçirərək klubun B Seriyasına düşməsinə imkan vermir. Ancaq, 8 yanvar 2014-cü ildə "Bolonya" rəhbərliyi onu istefaya göndərərək yerinə Davide Ballardinini təyin edir.
Latsio
12 iyun 2014-cü ildə Pioli Edoardo Rejanın yerinə "Latsio" klubunun yeni baş məşqçisi təyin edilir.
Klubdakı ilk mövsümündə "Latsio" A Seriyasında 3-cü yeri tutur.
11 iyun 2015-ci ildə "Latsio" onunla 2 illik yeni müqavilə imzalayır.
3 aprel 2016-cı ildə Pioli "Roma" klubuna evdə 4–1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir.
İnter
8 noyabr 2016-cı ildə Pioli "İnter" ilə 18 aylıq müqavilə imzalayır. Lakin mövsüm bitməmiş, 9 may 2017-ci ildə "İnter"dən istefaya göndərilir. "İnter", Piolinin rəhbərlik etdiyi ilk 16 A Seriyası matçının 12-də qələbə qazanır ("Milan" ilə heç-heçə, "Napoli", "Yuventus" və "Roma" ilə oyunlarda məğlubiyyət).
Fiorentina
6 iyun 2017-ci ildə Pioli "Fiorentina" klubunun baş məşqçisi təyin edilir.
4 mart 2018-ci ildə klubun mərkəz müdafiəçisi və kapitanı Davide Astori gözlənilmədən vəfat edəndə, oyunçunun xatirəsini yad etmək üçün Pioli xatirə döyməsi etdirir.
9 aprel 2019-cu ildə Pioli "Fiorentina" klubundan istefa verir.
Milan
9 oktyabr 2019-cu ildə Pioli mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə ilə "Milan" klubunun baş məşqçisi təyin edilir .
21 iyul 2020-ci ildə Pioli "Milan" klubu müqaviləsini iki il uzadır.
23 may 2021-ci ildə onun məşqçiliyi altında, yeddi mövsümdən sonra ilk dəfə "Milan" klubu Çempionlar Liqasında iştirak hüququ əldə edir.
16 noyabr 2021 tarixində "Milan"ın Pioli ilə müqaviləsini artıraraq 2+1 illik sözləşmə imzalayacağı və Piolinin maaşı illik 3,5 milyon avro və əlavə olaraq bonuslar olacağı ilə bağlı xəbərlər peyda olur.[2]
2022-ci ildə, "Milan" klubuna ilə İtaliya A Seriyasının çempionluğunu qazandırır.
İstinadlar
- ↑ 1 2 Stefano Pioli // Transfermarkt (çd.). 2000.
- ↑ ""Milan" Pioli ilə gələn həftə müqavilə imzalayır". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
Xarici keçidlər
- 20 oktyabrda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Yaşayan insanlar
- İtaliyada doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Futbol müdafiəçiləri
- İtaliya futbolçuları
- İtaliya futbol məşqçiləri
- UEFA Çempionlar Liqasının qalib futbolçuları
- İtaliya B Seriyası oyunçuları
- İtaliya A Seriyası oyunçuları
- Ellas Verona FK oyunçuları
- Yuventus FK oyunçuları
- Parma FK oyunçuları
- Milan FK məşqçiləri
- Padova FK oyunçuları
- Pistoyeze FK oyunçuları
- Fiorensuola FK oyunçuları
- İtaliya C Seriyası oyunçuları
- İtaliya U-21 milli futbol komandasının oyunçuları
- Salernitana FK məşqçiləri
- Modena FK məşqçiləri
- Parma FK məşqçiləri
- Qrosseto FK məşqçiləri
- Pyaçentsa FK məşqçiləri
- Sassuolo FK məşqçiləri
- Kyevo FK məşqçiləri
- Palermo FK məşqçiləri
- Bolonya FK məşqçiləri
- Latsio FK məşqçiləri
- İnter Milan FK məşqçiləri
- Fiorentina FK məşqçiləri
- İtaliya B Seriyası məşqçiləri
- İtaliya A Seriyası məşqçiləri