Tuluq (ölçü vahidi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tuluq — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və ölçmək üçün istifadə edilən əşya.

Ümumi məlumat

Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab mənim bir öynəmin xörəyidi" (Koroğlu dastanı).

Mənbə

  • Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459. ISBN 978-9952-34-152-2