Girvənkə

Girvənkə— riyaziyyatda əski çağlarda çəkini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Girvənkə ən çox işlədilən çəki vahidlərindən biridir. Bir girvənkə 400 q-a bərabərdir. Çəkisi 400 q olan çəki daşına da girvənkəlik daş deyilir. Vaxtilə girvənkə daha çox ərzaq ticarətində işlədilmişdir. Girvənkə həm də su ölçü vahidi kimi işlədilmişdir.

Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 460. ISBN 978-9952-34-152-2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]