Vidadi İsayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Vidadi İsayev
bayraq
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
3 mart 2011 – indiyə kimi
Əvvəlkiİlham Ağayev
bayraq
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
19 iyul 2005 – 3 mart 2011
Əvvəlkiİsa Allahverdiyev
SonrakıCeyhun Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1959(1959-04-18) (65 yaş)
Doğum yeri
Fəaliyyəti yazıçı

Təltifləri "Əmək" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vidadi İsayev (18 aprel 1959, Cul, Əzizbəyov rayonu) — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 – indi).

Həyatı

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.

1980–1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986–2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004–2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005–2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir[1].

Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.

Ailəsi

Ailəlidir, dörd övladı var.

Əsərləri

  • "Hardan gəlir bu köç?",
  • "Yevlax sənədlərdə və yaddaşlarda",
  • "503-cü eşalon"[2].
  • "Ağ işıq" (povest), "Ədəbi İrəvan-2007", Bakı, "Nurlan", 2008. səh.205–234.

Təltifləri

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə "Əmək" ordeni ilə təltif edilmişdir.[3]

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2019-cu il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni təltif edilmişdir.[4]

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli,1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.

İstinadlar

  1. "V.İ.İsayevin Bərdə rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
  2. "Yazıçı-publisist – icra başçısı". 2012-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.
  3. V.İ.İsayevin "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2019-09-04 at the Wayback Machinepresident.az saytı
  4. "V.İ.İsayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-17.