Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ceyhun Cəfərov (1 dekabr 1965, Yevlax) — Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Ceyhun Cəfərov | |
---|---|
Ceyhun Fərrux oğlu Cəfərov | |
16 aprel 2014 – 20 avqust 2020 | |
Əvvəlki | İrşad Əliyev |
Sonrakı | Elxan İbrahimov |
3 mart 2011 – 16 aprel 2014 | |
Əvvəlki | Vidadi İsayev |
Sonrakı | Müstəqim Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 dekabr 1965 (58 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
1983–1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991–1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə "Pərviz" firmasında iqtisadçı-əmtəəşünas, 1993–1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994–1995-ci illərdə "Azərbərpa" İstehsalat Birliyində rəis müavini, 1995–1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996–1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000–2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006–2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011–2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2020-ci ilin avqust ayının 20-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[1]
2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı,1 nəvəsi var.