Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]
kənd | |
Cul | |
---|---|
39°39′27″ şm. e. 45°37′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.880 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır[5].
Toponim çul türk etnonimi[6][7] əsasında yaranmışdır.
Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Kənddə 1831-ci ildə (56 kişi, 61 qadın, cəmi 117 nəfər)[8], 1873-cü ildə 708 nəfər, 1886-cı ildə 899 nəfər, 1897-ci ildə 1214 nəfər, 1904-cü ildə 1222 nəfər, 1914-cü ildə 1344 nəfər, 1916-cı ildə 1607 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].
1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakmləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan sakinləri tarixi-etnik torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 717 nəfər, 1926-cı ildə 431 nəfər, 1931-ci ildə 950 nəfər azərbaycanlı yaşamışdır[9].
SSRİ hökumətinin xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar 1948-1949-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. 1950-ci ildən burada ermənilər yaşayır.