İbrahimov Xəlfə 1919-cu ildə Şamaxı qəzasının Sündü kəndində doğulmuşdur. Kənd məktəbini bitirdikdən sonra, təhsilini Şamaxı Pedaqoji məktəbində davam etdirmişdir. Təzəcə müəllimlik edirdi ki, Böyük Vətən müharibəsi başlayır. O, cəbhəyə yollanır. Cəbhədə ağır döyüşlərdə şücaətlər göstərir.
Xəlfə İbrahimov istehsalatdan ayrılmamaqla təhsilini davam etdirmişdir. O, əvvəl Azərbaycan Dövlət Universitetini, sonra isə Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir.
Xəlfə İbrahimov 1980-ci il fevral ayının 24-də Bakı şəhərində vəfat etmişdir. Anası Bahar xanımın məsləhəti ilə Şüvəlan qəsəbəsində — Mir Mövsüm Ağanın qəbristanlığında dəfn edilmişdir.
Müharibədən qayıtdıqdan sonra, Xəlfə İbrahimov Mərəzə rayon maşın-traktor stansiyasında hərbi işlər üzrə komissar, sonra isə rayon PK-nin katibi vəzifəsində çalışmışdır.
Xəlfə İbrahimov əvvəl – 1959–1960 cı illərdə Şamaxı rayon PK-nın ikinci katibi, sonralar isə Daşkəsən, Qasım İsmayılov, Bərdə və Ağdaş rayon PK-nın birinci katibi vəzifəsində çalışmışdır.
X.İbrahimov Azərbaycan KP MK üzvlüyünə namizəd və dəfələrlə Ali Sovetin deputatı seçilmişdir.
Qeyd 2: Ağdaş rayonu 1930-cu ildə təşkil olunmuşdur. Qutqaşen rayonu 4 yanvar 1963-cü ildə Ağdaş rayonuna birləşdirilmişdir. 17 iyun 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Bərdə rayonu 1930-cu ildə təşkil olunmuşdur. 24 fevral 1931-ci ildə Tərtər rayonu ləğv olunaraq Bərdə rayonuna birləşdirilmişdir. 27 yanvar 1934-cü ildə yenidən müstəqil Tərtər rayonu təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Mirbəşir rayonu ləğv edilərək Bərdə rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə yenidən müstəqil Mirbəşir rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Goranboy rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 8 sentyabr 1938-ci ildə Goranboy rayonunun adı dəyişdirilərək Qasım İsmayılovun şərəfinə Qasım İsmayılov rayonu adlanmışdır. 12 fevral 1991-ci ildə Şaumyan rayonu ləğv olunaraq Qasım İsmayılov rayonu ilə birləşdirilmiş və birləşmiş rayon Goranboy rayonu adlandırılmışdır. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.
Qeyd 1: Daşkəsən rayonu 1930-cu ildə Dəstəfur rayonu adı ilə təşkil olunmuşdur. 2 aprel 1956-cı ildə rayonun adı Daşkəsən rayonu olaraq dəyişdirilmişdir. 4 yanvar 1963-cü ildə Daşkəsən rayonu ləğv olunaraq Xanlar rayonuna birləşdirilmişdir. 6 yanvar 1965-ci ildə Daşkəsən rayonu yenidən müstəqil rayon olaraq təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır.