Xaləddin İsgəndərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xaləddin İsgəndərov
bayraq
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
26 aprel 2012 – 17 may 2018
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1962(1962-11-05) (61 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı — 2010

Xaləddin Şahmar oğlu İsgəndərov (5 noyabr 1962, Qasım İsmayılov rayonu) — Binəqədi Rayonunun sabiq İcra Hakimiyyətinin başçısı.

Həyatı

Xaləddin İsgəndərov 5 noyabr 1962-ci ildə Qasım İsmayılov rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

Ailəsi

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış,1984–1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində,1987–1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991–1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992–2001-ci illərdə "Azər" təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışmışdır.

2001–2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003–2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2012–2018-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Təltifləri

  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə "Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif edilmişdir.

İstinadlar

Həmçinin bax