Xaləddin Şahmar oğlu İsgəndəov ( 5 noyabr 1962, Goranboy rayonu )— Binəqədi Rayonunun sabiq İcra Hakimiyyətinin başçısı.
Xaləddin İsgəndərov | |
---|---|
26 aprel 2012 – 17 may 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
Xaləddin İsgəndərov 5 noyabr 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
Ailəlidir, iki övladı var.
Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış,1984–1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini vəzifəsində,1987–1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində, 1991–1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992–2001-ci illərdə "Azər" təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışmışdır.
2001–2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003–2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
2012–2018-ci illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.