"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı[1].
"Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı | |
---|---|
|
|
Ölkə |
![]() |
Tip | yubiley medalı[d] |
Status | təqdim olunmur |
Ardıcıllıq | |
Yüksək mükafat | "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı |
Aşağı mükafat | "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı |
"Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)" Azərbaycan Respublikasının yubiley medalı dairəvi formadadır.
Medalın diametri 36 mm-dir, hər iki üzü qızılı rəngli dairəvi metal lövhədən ibarətdir. Medalın üz tərəfində dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİ" sözləri həkk olunmuşdur. Dairənin mərkəzində "10" rəqəmi və "il" sözündən ibarət emblem, habelə emblemdən aşağıda "2000–2010" rəqəmləri həkk olunmuşdur.
Medalın arxa tərəfi hamar səthlidir və mərkəzdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı və onun üstündə "10 İLLİYİ" sözləri, habelə dairənin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağı qövsü boyunca "VERGİLƏR NAZİRLİYİNİN" sözləri həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər iki tərəfdən paralel olaraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət yuxarıdan aşağıya doğru hər birinin eni 4 mm olan zolaqlardan, mərkəz hissədə isə eni 13 mm olan tünd göy rəngli zolaqdan ibarətdir. Medalın lövhəsinin mərkəzindəki tünd göy rəngli zolağın mərkəzində yuxarıdan aşağıya doğru eni 2 mm olan qızılı rəngdə zolaq vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və lövhə ilə eyni tərtibatda olan 37 mm x 10,3 mm ölçülü qəlib əlavə olunur[2].