Xuraman İsmayılova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xuraman İsmayılova
Xuraman İsbi qızı İsmayılova
Doğum tarixi 5 oktyabr 1958(1958-10-05) (65 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2008 "Fəxri mədəniyyət işçisi" döş nişanı

Xuraman İsbi qızı İsmayılova (5 oktyabr 1958, Mollalı, Bərdə rayonu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008)[1], Azərbaycan Yazıçılar Birliyinin (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998)[2], kitabxanaçı-biblioqraf.

Həyatı

Xuraman İsmayılova 5 oktyabr 1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib.

Fəaliyyəti

Əmək fəaliyyəti

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib.

1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.[1]

AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışıb. 3 iyun 2020-ci ildə Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub.[3]

Kitabları

  • "Həsrət" (1998),
  • "Qəribəm bu dünyada" (2000)
  • "Dünya mənsiz darıxacaq" (2001)
  • "Tənha yollar yolçusu" (2002)
  • "Duyğuların üsyanı" (2002)
  • "Qarabağım qəm ocağım" (2004)
  • "Könlüm Qarabağdadı" (2006)
  • "Yaddan çıxmaz Qarabağ.Metodik tövsiyə" (2007)
  • "Sətirlərdə bitən ömür" (2018)
  • "Anasız qalan dünyam" (2008)
  • "Ürəyimdən keçənlər" (2011)[4]
  • "Bərdə və bərdəlilər. Biblioqrafik məlumat kitabı" (2010)[5]
  • "Quba və qubalılar. Biblioqrafik məlumat kitabı" (2012)
  • "Hüseynbala Mirələmov. Biblioqrafik göstərici" (2007)
  • "Zəlimxan Yaqub. Biblioqrafik göstərici" (2011)
  • "Qobustan. Biblioqrafik göstərici" (2016)[6]
  • "Qətiyyətli insan: Sahib Sailov. Publisistik oçerk" (2015) kitablarının və 100-dən artıq elmi-publisistik məqalənin müəllifidir.
  • 2015 — Vətəndaş alim, ziyalı (akademik Bəkir Nəbiyevin 85 illiyinə) Biblioqrafik soraq kitabı (həmmüəllif)
  • 2019 — Ziyad Əliabbas oğlu Səmədzadə. Biblioqrafik göstərici (həmmüəllif)
  • 2022 — Şuşa-270. Biblioqrafik göstərici
  • 2023 — Görkəmli dövlət xadimi Heydər Əliyev. Biblioqrafik göstərici
  • 2023 — Qərbi Azərbaycan. Biblioqrafik göstərici
  • 2023 — Xuraman İşbi qızı İsmayılova (65 illiyinə həsr olunub). Biblioqrafik göstərici

Mükafatları

İstinadlar

  1. 1 2 3 "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2008-09-25. 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  2. ""Könlümə Qarabağ havası düşüb…"". zim.az. 8 aprel 2020 tarixində arxivləşdirilib.
  3. "Mərkəzi Elmi Kitabxanaya yeni direktor müavini təyin olunub". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
  4. "Xuraman İsmayılova. Ürəyimdən keçənlər". barda.cls.az. 5 aprel 2020 tarixində arxivləşdirilib.
  5. "BƏRDƏlilər". azkurs.org. 8 aprel 2020 tarixində arxivləşdirilib.
  6. ""Qobustan" jurnalının biblioqrafiyası" (az.). anl.az. 8 aprel 2020 tarixində arxivləşdirilib.