Xuraman İsbi qızı İsmayılova (5 oktyabr 1958, Mollalı, Bərdə rayonu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008)[1], Azərbaycan Yazıçılar Birliyinin (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998)[2], kitabxanaçı-biblioqraf.
Xuraman İsmayılova | |
---|---|
Xuraman İsbi qızı İsmayılova | |
Doğum tarixi | 5 oktyabr 1958 (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Mükafatları |
Xuraman İsmayılova 5 oktyabr 1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib.
1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.[1]
AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışıb. 3 iyun 2020-ci ildə Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub.[3]