Ziyadlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ziyadlı
40°46′ şm. e. 46°21′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ziyadlı xəritədə
Ziyadlı
Ziyadlı

ZiyadlıAzərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Ziyadlı kəndi Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Toponimikası

Oykonim qacar tayfasının ziyadlı oymağının adı ilə bağlıdır. Oymaq isə öz adını Səfəvilərin ilkin dövründən Gəncə-Qarabağ mahalının irsi hakimləri olmuş Ziyadoğullarının adından almışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

Əhalisi 2985 nəfər (2014). Orta illik (1000 nəfərə) təbii artım 9.8 nəfər. Kəndin əhalisi oğuzların Bayat boyundan çıxmış qacar türklərindən ibarətdir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik (dənli bitkilər, çoxillik texniki bitkilər və s.) və heyvandarlıqla təşkil edir.

Mədəniyyəti

Kənddə elektron telefon stansiyası var.

Təhsil

Kənddə orta məktəb fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. Ziyadlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Xarici keçidlər

Həmçinin bax