Kəsəmən — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Kəsəmən | |
---|---|
41°10′24″ şm. e. 46°14′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Samux rayonunun Poylu inzibati ərazi vahidində kənd. Qabırrıçayın sahilində, düzənlikdədir. Oykonim kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub Azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü.[1]
Əhalisinin sayı 456 nəfərdir.[2]
Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |