Sərkar — Azərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd.
Sərkar | |
---|---|
40°45′44″ şm. e. 46°22′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur.[1]
Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi.
Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir.
Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir. Əhalisinin sayı 5047 nəfərdir.[2]
Əhalisinin əsas məşğuliyyətiNİ əkinçilik və maldarlıq təşkil edir.
Kənddə 1 mədəniyyət evi və bir park var.
Kənddə 1 uşaq bağçası və 1 məktəb fəaliyyət göstərir.
Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |