Qovlarsarı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Qovlarsarı | |
---|---|
40°47′10″ şm. e. 46°19′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 250 m |
Saat qurşağı | |
1808-ci ilə aid mənbədə Qovluarx formasında da yazılmışdır. Oykonim hidronimdən törəmədir. Kəndin adı qovlar (etn.) və sarı (qov tayfasının sarılı tirəsinin adı) sözlərindən ibarətdir. Həmin tayfalar Qovluarxın sahilində məskən saldıqlarından Qovlarsanlı (-lı şək.-sinin çoxkomponentli oykonimlərdə düşməsi qanunauyğun haldır) adlandırılmışdır. Tədqiqatçıların fikrincə, bu oykonim "Qovlar tayfasının san tirəsinə məxsus kənd" deməkdir. Yerli məlumata görə isə, kəndin adı Tovuz rayonundakı Qovlar qəsəbəsindən köçüb gəlmiş Sarı (Qovlarlı Sarı) adlı şəxsin adındandır.[1]
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisinin sayı 1298 nəfərdir.[2] Kəndin əhalisi eymur türklərindən (ayrımlardan) ibarətdir.
Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |