Yenikənd (Samux)

Yenikənd (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.

Yenikənd
40°55′31″ şm. e. 46°18′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yenikənd xəritədə
Yenikənd
Yenikənd

Kənd 1927-ci ildə salınmış və bolşevik Əliheydər Qarayevin (1896-1938) şərəfinə Qarayevkənd adlanmışdır. 1937-ci ildə Əliheydər Qarayev xalq düşməni kimi həbs edildikdən sonra kəndə Yenikənd adı verildi.[1]

Kəndin ilk sakinləri 1918-ci ildə Qərbi Azərbaycanın Gərnibasar mahalının (Ermənistan SSR-nin keçmiş Üçkilsə rayonu və ya müasir siyasi-inzibati bölgüyə əsasən Ermənistan Respublikasının Armavir mərzi ərazisi) Qarxun (Yuxarı QarxunAşağı Qarxun kəndlərindən ibarət idi), Canfida, Zeyvə (Böyük Zeyvə/Erməni ZeyvəKiçik Zeyvə/Türk Zeyvə kəndlərindən ibarət idi) və Türkmən (Yuxarı TürkmənliAşağı Türkmənli kəndlərindən ibarət idi) kəndlərindən didərgin salınmış azərbaycanlı ailələr olmuşdu.

Kənd 1940-cı ildə Kürdən Ceyrançölə çəkilmiş kanalın sağ sahilinə köçürülmüşdü.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisinin sayı 1270 nəfərdir.[3]

  1. Yenikənd (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  2. Yenikənd (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.