Burunqovaq — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Burunqovaq kəndi Poylu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Burunqovaq kənd Soveti yaradılmışdır.[1]
Burunqovaq | |
---|---|
41°05′39″ şm. e. 46°26′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 92 m |
Saat qurşağı | |
XIX əsrin sonunda iri mülkədar nəsli olan şahmalıyevlərin tabeliyindən çıxan Samux əhalisinin bir hissəsi Qabırrıçayın aşağı axarında, çayın burulduğu yerdəki Burunqovaq adlı yerdə məskən salmışdı. Qovaqlıq indi də qalır. Kənd həmin yerin adı ilə adlandırılmışdır. Burun komponenti toponimiyada "çıxıntı" mənasında işlənir. 1917-ci ildə oykonim Burun Qonçaq variantında qeydə alınmışdır. Ukraynada Burın, Qazaxıstanda Burunday, Şimali Osetiyada Buron adlı yaşayış məntəqələri də mövcuddur.[2]
Kənd Qabırrıçayın sahilində, ovalıqda yerləşir.
Əhalisinin sayı 714 nəfərdir[3].
Samux rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |