Sarıqaya (Samux)

Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır.[2]

Sarıqaya
Ölkə
Əhalisi
Əhalisi
  • 958 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5112[1]

Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır;

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır.

Əhalisinin sayı 1100 nəfərdir.[3] Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.