Danabaş kəndinin müəllimi (komediya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Danabaş kəndinin müəllimi
Janr Komediya
Müəllif Cəlil Məmmədquluzadə
Orijinal dili Azərbaycanca
Yazılma ili 1921[1]
Nəşr ili 1921[1], 1982, 2004
Nəşriyyat 1982: Azərnəşr[2]
2004: Öndər[2]
ISBN ISBN 9952-416-17-1

Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbiCəlil Məmmədquluzadənin 4 məclisli komediyası.

1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1).[1]

Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir.[3]

Pyesdə XIX əsrin axırlarında Azərbaycan həyatının ictimai mədəni mənzərəsini əks etdirən hadisələr təsvir olunur. Burada sənətkarın adi məişət hadisələrində böyük ictimai problemləri əks etdirmək istedadı aydın nəzərə çarpır. Azərbaycanın kəndlərinin birində - Danabaş kəndində məmurların ilk baxışda yaxşı bir niyyət kimi görünən məktəb açmaq ideyası ilə yerli əhalinin bu hadisəyə mənfi münasibəti arasındakı ziddiyyət komik konfliktin əsasında dayanır. Burada həm məmurların öz hakimlik və müstəmləkəçilik fikiriərini həyata keçirmək cəhdləri, həm də kəndlilərin nadanlığı, mənəvi ölülüyü bədii şəkildə ifadə olunmuşdur.

Əsərdə mənəvi geriliyin əsas səbəbi bir tərəfdən əsrlərdən bəri davam edən feodal əxlaqının təsiri ilə izah olunursa, digər tərəfdən çarizmin yerlərdə yeridilən mənfur ruslaşdırma siyasəti nəticəsində əhalidə xof və nigarançılığın əmələ gəlməsi ilə izah edilir. Bu ideyanı janrın tələbləri mövqeyindən açmaq üçün dramaturq maraqlı komik vasitələrdən istifadə edərək yüksək bədii keyfiyyətlərə malik bir komediya yaratmışdır. Pyesdə ictimai-əxlaqi ideyanı komik vəziyyətlərdə açmaq üsulu üstünlük təşkil edir. Başqa komediyalarında olduğu kimi, bu əsərdə də müəllif "kütləvi obraz" vasitəsindən istifadə etməklə dövrün, mühitin mənzərəsini əks etdirə bilmiş və bu ümumi obrazlarda xalqın düşdüyü vəziyyətin səbəblərini aydınlaşdırmışdır.[4]

  1. Yuxarıda get: 1 2 3 Cəlil, 2004. səh. 653
  2. Yuxarıda get: 1 2 Cəlil, 2004. səh. 3
  3. Cəlil, 2004. səh. 654
  4. "Danabaş kəndinin müəllimi" (az.)). calilbook.musigi-dunya.az. 2014-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]