Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım (İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı (Fatma Mahmudova), nə səfeh oğlu (Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin (Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz.
Pirverdinin xoruzu | |
---|---|
Fayl:Pirverdinin xoruzu (film, 1987).jpg | |
Janr | komediya |
Rejissor | Ramiz Əzizbəyli |
Əsərin müəllifi | Cəlil Məmmədquluzadə |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Baş rollarda |
İdris Rüstəmov — Qasım Fatma Mahmudova — Həlimə Alim Aslanov — Pirverdi Hamlet Xanızadə — Molla Cəfər Kübra Dadaşova — Pərinisə Ramiz Əzizbəyli — kəndli |
Operator | Yuri Varnovski |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1987 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 27 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1987 |
Texniki məlumatlar |
2 hissə 574 metr 35 mm |
Rəng | ağ-qara (rəngli kadrlarla) |
Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir.