Ölülər — Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis və beş pərdədən ibarət komediya.
Ölülər | |
---|---|
Ölülər | |
Janr | Tragikomediya |
Müəllif | Cəlil Məmmədquluzadə |
Orijinal dili | Azərbaycanca |
Yazılma ili | 1909 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin ilk oxunuşu 1913-cü ildə[mənbə göstərin] Şuşada[mənbə göstərin] keçirilmişdi. Əsər təriflənmiş, lakin mövhumat yuvası Şuşada səhnəyə qoyulmasının tezliyi qeyd edilmişdi. 1916 il aprelin 29-da Bakıda[mənbə göstərin], Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Tamaşanın rejisoru H.Ərəblinski[mənbə göstərin] idi. İsgəndər rolunda M.Əliyev, Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov çıxış edirdi.[mənbə göstərin]
Tamaşa çox böyük müvəffəqiyyət qazandı. Bakıda nəşr olunan «Açıq söz» qəzetinin 1 may 1916 il sayındakı "Ölülər" haqqında təəssürat məqaləsində deyilirdi: "Cümə günü Tağıyev teatrı bir ədəbiyyat bayramı keçirdi. Mola Nəsrəddinin əsəri – təhriri olan "Ölülər" draması tamaşa edilirdi". Sonra məqalədə göstərilir ki, hər pərdənin arasında müəllif alqışlarla səhnəyə çağırılıb təbrik olunurdu. Mətbuat, ədəbiyyat, məktəb və səhnə işçiləri düzülüb müəllifi alqışlarla çağırdılar. "Müəllif səhnəyə çıxanda bir alqış tufanı qopdu". "Açıq söz"ün müxbiri bu təntənədəki görkəmli tamaşaçılara müraciətlə öz təəssüratlarını bildirmələrini xahiş edir. Onlar deyirlər: "Şeyx Nəsruallahın ölüləri diriltməsi yalansa da, "Ölülər"in ölü fikirləri diriltməsinə şübhə ola bilməz". [mənbə göstərin]
Sultan Məcid Qənizadə yazırdı: ""Ölülər" son komediyalarımız içində parlaq bir mövqe tutur. "Ölülər"də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var. "Ölülər" mühərrirində bəzən Qoqol ruhu yaşar". Hüseyn Cavid isə qeyd edirdi ki, artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlman həyatında böyük rollar oynayacaqdır. Nəcəf bəy Vəzirov isə "Ölülər"i "Molla Nəsrəddin" kimi, baltanı dibindən vuran bir pyes adlandırmışdı.[1]