Cəlil Məmmədquluzadə (film, 1966)

Cəlil MəmmədquluzadəCəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr edilən sənədli film.[1]

Cəlil Məmmədquluzadə
Fayl:Cəlil Məmmədquluzadə (film, 1966).jpg
Janr bioqrafik
Rejissor Əli Musayev
Ssenari müəllifi Yusif Səmədoğlu
Operator Seyfulla Bədəlov
Bəstəkar
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1966
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
Dil Azərbaycan dili
İl 1966
Texniki məlumatlar 2 hissə
589 metr
35 mm

Film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmişdir.

Filmdə C. Məmmədquluzadənin sağlığında çəkilən kinokadrlar yoxdur. Lakin müəlliflər fotoşəkillər, nadir sənədlər vasitəsilə yazıçının həyat və yaradıcılığından söhbət açmış, ədibin portretini yaratmağa, onun düşüncələrini, həyata baxışını, dövrünün ictimai və siyasi hadisələrinə münasibətini əks etdirməyə çalışmışlar. Kinolentdə C. Məmmədquluzadə ilə bərabər, onun müasirləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əzim Əzimzadə və digər mollanəsrəddinçilər haqqında da söhbət gedir.[1]

Burada ədibin Naxçıvan həyatı, molla məktəbində, Qori seminariyasında oxuması, mənalı həyatının Tiflis dövrü, "Molla Nəsrəddin" jurnalının yaranması və fəaliyyəti, ədibin Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparması öz əksini tapmışdır.[1]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Əli Musayev
Ssenari müəllifi: Yusif Səmədoğlu
Operator: Seyfulla Bədəlov
Musiqi tərtibatçısı: Emin Mahmudov
Səs operatoru: S.Dolgina
Məsləhətçi-professor: Məmməd Cəfər Cəfərov
  1. 1 2 3 "Cəlil Məmmədquluzadə". ens.az (Azərbaycan dili). 5 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]