Qutadqu-bilik
Qutadğu bilig | |
---|---|
قوتادغو بیلیگ | |
Müəllif | Yusif Balasaqunlu |
Janrlar | Alleqorik, Didaktik |
Orijinalın dili | Qaraxanlı türkcəsi |
Ölkə | Qaraxanlılar dövləti |
Tərcüməçi |
Kamil Vəliyev və Ramiz Əskər (1994; 2006) Xəlil Rza Ulutürk (2017) |
Seriya | Azərbaycan dili və tarixi |
Nəşriyyat |
1994: Azərnəşr 2006: Avrasiya press 2017: Bakı Kitab Klubu |
Cild | 1 |
Səhifə |
2006: 440 2017: 402 |
Tiraj | 2006: 25 000 |
Qutadqu-bilik və ya Qutadğu bilig — Yusif Xas Hacib Balasaqunlunun əsəri.
Haqqında
[redaktə | mənbəni redaktə et]Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür.
Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.
Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə"yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar.
Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir, bunlar da dini və dövlət işlərinə aid istilahlardır.
"Qutadğu bilik" tanrıya xitab şeirilə başlayır, sonra da peyğəmbərin və ilk dörd xəlifənin mədhi, bahar təsviri və Buğra xanın tərifi gəlir. Sonra yeddi ulduz, on iki bürc və elm, əql və dildən danışılır, sonra əsas mövzu başlayır və mübahisə dörd şəxsiyyət arasında cərəyan edir. Bu şəxslərin hər biri bir vaqiəti və ya bir həqiqəti təmsil edir.
- Güntoğdı (Gündoğdu)- doğru yol və ədaləti təmsil edir.
- Aytuldı (Aydoldu)- səadət və xoşbəxtliyi təmsil edir.
- Ugdolmuş- əql və məntiqi təmsil edir.
- Odqurmuş da sonu və aqibəti təmsil edir.
Nəşr və tərcümə
[redaktə | mənbəni redaktə et]Əsər Xəlil Rza Ulutürk tərəfindən Azərbaycan dilinə tərcümə edilib və 2017-ci ildə Bakı Kitab Klubunda 402 səhifədə təkrar nəşr edilib.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qutadğu bilig (poema) / Qutadqu bilik" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kutadgu Bilig tüm basımları Arxivləşdirilib 2005-12-12 at the Wayback Machine
- Nejat Doğan (2002), "Kutadgu Bilig'in Devlet Felsefesi", Erciyes Üniversitesi Sosyal Bilimler Dergisi, Sayı 12, yıl 2002, 127–158 s. Arxivləşdirilib 2007-08-08 at the Wayback Machine pdf
- Kutadgu Bilig Araştırması Arxivləşdirilib 2009-07-29 at the Wayback Machine
- Süer Eker (2006), "Kutadgu Bilig'de (teñri ‘azze ve celle ögdisin ayur) Türkçe İslami Terimlerin Kaynakları Üzerine" Bilig, yaz 2006, Sayı 38, s.103–122 Arxivləşdirilib 2012-01-29 at the Wayback Machine pdf
- Gürer Gülsevin (2007), "Kutadgu Bilig'in Dilinde Lehçelerin Özellikleri: 'denk çiftler", Türkoloji Araştırmaları, Sayı 2, s.277–299 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Balasaqunlu, Yusif. Qutadğu bilig (PDF). Bakı: Avrasiya Press. 2006. səh. 440. ISBN 978-9952-421-51-4. Archived from the original on 2016-01-22. İstifadə tarixi: 2014-12-29.
- "Qutadğu bilig (poema) / Qutadqu bilik" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.