Sallaq şinus
Naviqasiyaya keç
Axtarışa keç
Sallaq şinus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sallaq şinus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sallaq şinus (lat. Schinus polygama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü.
Arealı[redaktə | mənbəni redaktə et]
Peru, Cənubi Braziliya, Uruqvay, Argentina və Çilidə təbii halda yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
1-3 m hündürlükdə ağac və ya koldur. Yarpaqları növbəli, sadə, təxminən dərili, lansetvari və ya uzunsovdur. Çiçək qrupları qoltuqda, çiçəkləri sarımtıl, diametri təxminən 0,5 sm, 4-5 ədəd kasayarpaqlı və ləçəklidir. Meyvələrinin diametri 0,3 sm, bənövşəyi və ya qara, yumru giləmeyvəlidir. Toxumla çoxaldılır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Şaxtaya və quraqlığa davamlıdır.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Abşeronda, Mərdəkan dendrarisində və Mərkəzi Nəbatat Bağında becərilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında, tək əkinlərdə istifadə edilə bilər.