Yunis Orucov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Yunis Orucov
Yunis Qurbanəli oğlu Orucov
Doğum tarixi 21 dekabr 1977(1977-12-21) (46 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1996-cı ildən
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Üzvlüyü

Yunis Qurbanəli oğlu Orucov (21 dekabr 1977, Zəngibasar rayonu) — Azərbaycan əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi.

Yunis Orucov 1977-ci il dekabrın 21-də Ermənistan SSR-nin Masis rayonunda (keç. Zəngibasar, daha əvvəl isə Uluxanlı) anadan olub. 1984-cü ildə ailəsi ilə Azərbaycana köçüb, əvvəlcə Şirvan, daha sonra Bakı şəhərində məskunlaşıblar. Yunis Orucov Şirvan şəhərindəki 13 saylı orta məktəbin məzunudur.

1994-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olan Yunis Orucov 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. "Türk xalqlarının mədəniyyəti XI–XV əsrlərdə" mövzusunda magistr dissertasiyası müdafiə edib.

2001–2002-ci illərdə Azərbaycan silahlı qüvvələrində hərbi xidmət keçib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yunis Orucov tələbəlik illərindən mətbuata gəlib. Onun ilk iş yeri "Yeni Azərbaycan" qəzeti olub. 90-cı illərin sonundan başlayaraq qəzetdə bir çox mövzularda maraqlı məqalələri dərc olunan Yunis Orucov 2006-2022-ci illərdə televiziya sahəsində fəaliyyət göstərib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) müxbir, şef-redaktor, baş redaktorun müavini, informasiya proqramları departamentinin direktor müavini və direktoru vəzifələrində çalışıb.[1] O, xəbər işi ilə yanaşı, ictimai-siyasi, iqtisadi, sosial və mədəniyyət mövzularında bir çox sənədli televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin böyük tamaşaçı rəğbəti qazanan "Jurnalist araşdırması" verilişinin müəllifi və aparıcısı olub. İndiyə qədər Qafqaz İslam Ordusuna, XX əsrin 30–50-ci illərdəki repressiya dövrünün əsas həbs düşərgələri olan KARLAQ və ALJİR-ə, Nargin adasının tarixinə, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq miqyasda tanınmasının 100 illiyinə, Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğal və soyqırım siyasətinə, "Başlıbel faciəsi"nə, "Tunel qətliamı"na və digər mövzulara həsr olunan çoxsaylı verilişlər və sənədli filmlər hazırlayıb.

  1. "İz" Ulu öndər Heydər Əliyevin 100 iliyinə həsr olunan sənədli film.
  2. "XXI əsrin salnaməsi"[2]. (silsilə Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunub)
  3. "Əbədiyyət", (silsilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub).
  4. Xocalı soyqırımı.
  5. Xocalıdan səslər.
  6. Azərbaycanlıların soyqırımı.
  7. Birinci respublika.
  8. Azərbaycan parlamenti
  9. Azərbaycan Ordusu
  10. Çörəkdən qülləyə
  11. Mixaylo şəhərdədir.
  12. Əbədi Vətən.
  13. Əsrin müqaviləsi[3]
  14. Neft Daşları
  15. Müstəqil Azərbaycan.
  16. 50 il Azərbaycan uğrunda.
  17. Öndərin yolu.
  18. Liderlik missiyası.
  19. Olimpin sönməz məşəli
  20. 20 Yanvar.
  21. Azərbaycan bayrağı (film)[4]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yunis Orucov "Nargin — saralmış kədər" və "Boraltan — azadlığın tələsi" tarixi romanlarının müəllifidir. Yunis Orucov həmçinin Orxan Pamukun “Qar” və Yunus Şenin “Xəzərin qanı” romanlarını dilimizə tərcümə edib.

Ailəlidir, iki övladı var.

  1. "Haqqımızda TV VƏ RADİO HAQQINDA, STRUKTUR". 2019-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.
  2. "Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı "XXI əsrin salnaməsi" adlı sənədli filmin nümayiş olub". 2013-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.
  3. "Əsrin müqaviləsi" ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi
  4. "Azərbaycan filmlərinin siyahısı". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.
  5. "Arxivlənmiş surət". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.
  6. "Prezident 44 nəfərə "əməkdar jurnalist" adı verdi…". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.
  7. ""Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]