Abdulla Süleymanov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (mart 2024) |
Abdulla Süleymanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Xızı rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Telman Süleymanov |
Təhsili | Dövlət Sərhəd Xidməti Akademiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Hərbi hissə | Səngəçal aerodromu |
Xidmət illəri | 2017–2020 |
Rütbəsi | Leytenant |
Vəzifəsi | Aviasiya Silahları qrupunun baş texniki |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Abdulla Telman oğlu Süleymanov (28 iyun 1999; Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının leytenantı, pilot, İkinci Qarabağ müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur.
Həyatı[redaktə | mənbəni redaktə et]
Abdulla Süleymanov 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindəndir. 2005–2016-cı illərdə M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində təhsil almışdır. 2016–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali təhsil almışdır. Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Abdulla Süleymanov 2020-ci ildə akademiyanı aviasiya ixtisası üzrə bitirmiş və "leytenant" rütbəsində Səngəçal aerodromunda xidmətə başlamışdır.
Azərbaycan Ordusunun leytenantı olan Abdulla Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pilot olaraq iştirak etmişdir. Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibədən sonra xidmətini davam etdirmiş, iştirakına və hərbi xidmətində fərqlənməsinə görə medal və fəxri fərmanla təltif edilmişdir.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[1] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.[2][3] Abdulla Süleymanov hadisə zamanı şəhid olmuşdur. Onunla və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş,[4][5] Abdulla Süleymanov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[6]
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[7]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (17. avqust 2022) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[8]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Military helicopter crash in Azerbaijan kills 14, wounds 2". Associated Press (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021 – The Times of Israel vasitəsilə.
- ↑ "Military helicopter crash in Azerbaijan kills 14". Washington Post (ingilis). 30 noyabr 2021. İstifadə tarixi: 1 dekabr 2021.[ölü keçid]
- ↑ "Azerbaijan says 14 dead in military helicopter crash". Hürriyet Daily News (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
- ↑ Kazımoğlu, Mirmahmud. "Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
- ↑ Qərib, Səid. "Bu gün helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
- ↑ Qərib, Səid. ""Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 17.08.2022. Archived from the original on 2022-08-17. İstifadə tarixi: 17.08.2022.
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 17.08.2022. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.08.2022.
- 28 iyunda doğulanlar
- 1999-cu ildə doğulanlar
- 22 yaşında vəfat edənlər
- 30 noyabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin leytenantları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Qaraheybət aviasiya poliqonunda helikopter qəzasında ölənlər
- Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları