Rusiyanın ucqar nöqtələri
Rusiyanın ucqar nöqtələri — Rusiyanın şimal və şərq hissələrinin ucqar nöqtələri Avrasiya materikinin bu istiqamətdəki ucqar nöqtələri ilə eynilik təşkil edir (istər materikdəki, istər adadakı).
Keçmiş SSRİ-nin ucqar nöqtələri Rusiya ilə eynilik təşkil etsə də, bircə cənub nöqtəsi Kuşka şəhəri hazırda Türkmənistan ərazisindədir. Sovetlərin ən hündür nöqtəsi olan Komunizm piki (7495 m) hazırda Tacikistan ərazisində yerləşir.
1841-ci ilə qədər isə Rusiya imperiyasının şərq ucqar nöqtəsi Şimali Amerikada, Fort-Ross şəhəri ərzisində yerləşirdi. Fort-Rossun 1867-ci ildə satılmasından sonra ucqar nöqtə Rus Amerikası və Britaniya Şimali Amerikası arasındakı sərhəd olmuşdur. Qərbdə isə ucqar nöqtəsi Polşa çarlığı ərazisində yerləşirdi. 1917-ci ildə isə artıq SSRİ bu nöqtəyə sahib deyildi.
Ucqar nöqtələr[redaktə | mənbəni redaktə et]
Adalar və eksklavlar daxil olmaqla[redaktə | mənbəni redaktə et]
- Şimal nöqtəsi — Fliqeli burnu, Frans-İosif Torpağı, Arxangelsk vilayəti
- Cənub nöqtəsi — xəritədə adı olmayan 3500 hündürlüyə malik olan ərazi. Ərazi Raqdan dağından 2,2 km şərqdə Nesen (3,7 km) və Bazardüzüdən (7,3 km) cənub-qərbdə yerləşir, Dağıstan
- Qərb nöqtəsi — Normeln sərhəd zastavası[1], Baltik dili, Kalininqrad vilayəti
- Şərq nöqtəsi — Ratmanov adası, Çukot Muxtar Dairəsi
Materik ərazisi[redaktə | mənbəni redaktə et]
- Şimal nöqtəsi — Çelyuskin burnu, Krasnoyarsk diyarı (77°43’N)
- Cənub nöqtəsi — xəritədə adı olmayan 3500 hündürlüyə malik olan ərazi. Ərazi Raqdan dağından 2,2 km şərqdə Nesen (3,7 km) və Bazardüzüdən (7,3 km) cənub-qərbdə yerləşir, Dağıstan (41°13’N)
- Qərb nöqtəsi — Normeln sərhəd zastavası, Baltik dili, Kalininqrad vilayəti (19°38’N.)
- Şərq nöqtəsi — Dejnyov burnu, Çukot Muxtar Dairəsi (169°40’W)
Şəhərlər[redaktə | mənbəni redaktə et]
- Şimal — Pevek, Çukotka Muxtar Dairəsi (69°42′N)
- Cənub — Dərbənd, dağıstan (42°04′N)
- Qərb — Baltiysk, Kalininqrad vilayəti (19°55′E)
- Şərq — Anadır, Çukot Muxtar Dairəsi (177°30′E)
Daimi yaşayış məntəqələri[redaktə | mənbəni redaktə et]
- Şimal — Dikson qəsəbəsi, Krasnoyarsk diyarı (73°30′N)
- Cənub — Kuruş, Dağıstan (41°16′N)
- Qərb — Baltiysk, Kalininqrad vilayəti (19°55′E)
- Şərq — Uelen, Çukot Muxtar Dairəsi (169°48′W)
Xəritə[redaktə | mənbəni redaktə et]
Ucqar hündürlüklər[redaktə | mənbəni redaktə et]
- Ən aşağı nöqtə — Xəzər dənizinin səviyyəsi (-28 m)
- Ən hündür nöqtə — Elbrus dağı (5642 m)
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Раковская Э. М., Давыдова М. И. Географическое положение // Физическая география России: Учеб. для студ. пед. высш. учеб. заведений: В 2 ч. — М.: Гуманит. изд. центр ВЛАДОС, 2001. — Ч. 1. — 288 с.: ил.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Виктор Сокирко. "Они всегда крайние". Московский комсомолец. 2002-05-28. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-25.