Tundra

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Tundra

Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur.

Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir.

Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur.

Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir. İfrat rütubətlənmə zonasıdır. Bataqlıqlar geniş yayılmışdır.

Antarktidada fraqmentar şəklində buzdan azad olmuş sahələrdə (Banqera, Viktoriya, Teylor-Rossa, Eymeri, Vestfoll və s.), Şimal Buzlu okeanın adalarında və materikin arktiksubartik iqlim qurşaqları daxilində meşəsiz landşaftda formalaşmışdır. Yer kürəsini quru hissəsinin 4%-in tutur[1].

Yayıldığı ərazilər

[redaktə | mənbəni redaktə et]

Tundra torpaqları — Avrasiya ərazisində enli qurşaq şəklində Şimal Buzlu Okeanın dənizlərinin cənub sahillərini əhatə edir. Geniş şəkildə bu torpaqlar alyaskada, Şimali Amerikanın qütb dairəsi arxası ərazilərində, İslandiyada, Qrelandiya adasının cənub kənarlarında yayılmışdır.

  1. İ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı 2014. 235 s.