Təbii zona

Təbii zonaların bitki örtüyünə uyğun təsnifatı
  Polyar səhra
  Tundra
  Tayqa
  Enliyarpaqlı və qarışıq meşə zolağı
  Çöl və meşə-çöl zonası
  Musson meşələri
  Aralıq dəniz zonası
  Dəyişkən rütubətli meşələr
  Tropik səhralar
  Yarımsəhra zonası
  Cənub çöllükləri
  Semiarid çöllükləri
  Savannalar
  Ağaclı savanna
  Quru meşələr
  Rütubətli ekvatorial meşələr
  Alp tundrası
  Dağ meşələri

Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur.

Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir.

Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var. Buna görə də bu meşələri dünyanın ləl-cəvahiratı adlandırırlar.

Dəyişkən rütubətli meşələr (o cümlədən musson)

[redaktə | mənbəni redaktə et]

Dəyişkən rütubətli meşələr və ya digər adı ilə subekvatorial meşələr zonası ekvatorial meşələr zonasını şimaldan və cənubdan əhatə edir.Onların əsas fərqi subekvatorial meşələrdə 2 aya qədər davam edən yağıntısız dövr olmasıdır. meşələr zonasında qısamüddətli quraqlığın səbəbi, bu zonannın müvafiq yarımkürələrinin qışda quru passat küləklərinin təsiri altında qalmasıdır. Meşələr,ağacların növ zənginliyinə və qısa quraq dövrünü çıxmaqla,havanın nəmlənmə dərəcəsinə görə ekvatorial meşələrdən o qədər də fərqlənmir. Dəyişkən rütubətli meşələr Afrika və Cənubi Amerikanın mərkəzi zonasında, ekvatorial meşələrin ətrafında yayılmışdır. Bundan başqa cənub şərqi Asiyada Musson meşələri də mövcuddur. Bu meşələrd ə oxşar xüsusiyyətlərinə görə dəyişkən rütubətli meşələrə aiddir.

Savannalar zonası

[redaktə | mənbəni redaktə et]

Savanna zonası subekvatorial meşələr zonasını şimaldan və cənubdan əhatə edir. Cənubi Asiyada rütubətli ekvatorial və subekvatorial meşələr zonasından şimalda rütubətli tropik meşələri ilə savanna zonaları öz düzülüşü qaydasına tamamilə dəyişir. Bu iki təbii zona bir-birini enlik istiqamətində yox, uzunluq istiqamətində(qərbdən şərqə)əvəz edirlər.Həm də əvəzetmə bir neçə dəfə təkrarlanır.Bunun əsas səbəbi ərazinin oroqrafik quruluşu ilə əlaqədar olaraq,müxtəlif nəmlənmə şəraitinin təkraralanmasıdır.Savanna zonası tropik seyrək meşələr,çöl və kolluqlardan ibarət üç əsas yarımzonaya ayrılır.

Bu yarımzonaların ayrılması,ekvatorial zonadan uzaqlaşdıqca yağıntıların miqdarının azalması və yağıntısız ayların sayının(quraq dövrün)artması ilə əlaqədardır.Savannalar zonasında ən soyuq ayın orta temperaturu 20–24° arasında,ən isti ayın ki,isə 26–30° arasındadır.Savannalar zonasında yağıntıların illik miqdarı coğrafi enlik artdıqca 1000 mm-dən 200 mm-ə qədər azalır.Bu istiqamətdə buxarlanma qabiliyyəti artır.Savanna zonasının torpaqları qəhvəyi və açıq qəhvəyi torpaqlardır.Savannanın göstərilən yarımzonaların enlik istiqamətdə düzülməsi Afrikada Qvineya-Sudan fizki-coğrafi ölkəsində daha aydın müşahidə olunur.Savanna landşaftının ən əlamətdar cəhətlərindən biri,burada heyvanlar aləminin çox zəngin və məhsuldar olmasıdır (fil, kərgədan, begemot, zürafə, camış, antilop, zebr, şir, pələng, kaftar, bir çox quş növləri və s.).

Təbii zonalar
Taranqire-Milliparkı, Tanzaniya, Tipik quru savanna
Daan parkı, Tayvan
Tropik meşə, Barro Kolorado İsland, Panama


Səhra

Tropik qurşaqda ən geniş yer tutan landşaft zonasıdır. Tropik səhralar,iqliminin həddən artıq quru olması ilə seçilir. Soyuq ayda orta temperaturu 15–20°-yə,ən isti ayda 30–35°-yə çatır. Mütləq maksimum temperatur bəzi səhralarda 50°-dən yuxarı olur. Bu səhralarda illik yağıntının miqdarı mümkün buxarlanma kəmiyyətinin 10/1 ilə 1/200 arasında dəyişir. İllik yağıntılar az olmaqla hər il müntəzəm düşmür. Çox yerdə 5–10 ildə cəmi bir-iki dəfə düşən leysan yağışlar zamanı səhrada dəhşətli daşqın əmələ gəlir. Tropik səhralarda bitki aləmi növcə çox kasıbdır(Böyük Səhrada cəmi 500 növ məlumdur), torpaq əmələgəlmə prosesi zəif inkişaf etmişdir. Səhranın çox hissəsi daşlı, gilli səhralar və şoranlıqlardır. Tropik səhralar zonası yalnız Afrika materikinin şimal hissəsində-okeandan okeana qədər enlik istiqamətdə uzanır. Ərəbistan və İran yaylasının cənub kənarı, Tar səhrası Böyük Səhranın şərq davamını təşkil edir. Tar səhrasından şərqdə bu z ona tropik savannalar və rütubətli meşələrlə əvəz olunur.Tropik səhrəlar Cənubi Afrika, Cənub və Şimali Amerika materiklərinin qərbinə-okean sahilinə sıxışdırıldığından enlik zonası əmələ gətirmir. Avstraliyada tropik səhralar Hind okeanı sahilindən şərqdə dağətəyi savannalara qədər uzanır və materikin yarıya qədərini əhatə edir.

Codyarpaqlı meşə

Codyarpaqlı, həmişəyaşıl meşə və kolluqlar(Aralıq dənizi tipli)

[redaktə | mənbəni redaktə et]

Bu təbii zona ən az yayılmış təbii kompleksdir. Aralıq dənizi sahilləri üçün səciyyəvidir. Digər materiklərdə də bir qədər ərazi tutur. Bitki aləmi əsasən codyarpaqlı ağaclar(limon, zeytun ağacları) və kolluqlar (ayıdöşəyi) təşkil edir. Faunası o qədər də zəngin deyil. Qəhvəyi torpaqlar formalaşıb.

Meşə-çöl və çöl zonası

[redaktə | mənbəni redaktə et]
Çöl

Meşə-çöl və çöllər əsasən Avrasiyanın və Şimali Amerikanın mərkəzini, həmçinin Cənubi Amerikanın cənubunu əhatə edir. Hündür ot örtüyü ilə örtülmüş bu ərazilər əsasən düzənliklərdə və dağ yamacı boyu yerləşir. Mülayim qurşaqlarda yerləşir. Bu səbəbdən yağıntı il ərzində müxtəlif paylanır. Əsas florasını ot bitkiləri və dənli bitkilər təşkil edir. Heyvanlar aləmi əsasən antilop, cüyür kimi cütdırnaqlılardan ibarətdir. Münbit qara torpaqlar inkişaf etmişdir. Şimala və cənuba doğru çöllər nisbətən meşə-çöllər daha sonra isə meşələrlə əvəz olunur.

Enliyarpaqlı meşələr

[redaktə | mənbəni redaktə et]
Enliyarpaqlı meşələr payızda

Əsasən Şimali Amerika və Avrasiyada geniş yayılmışdır. Mülayim enliklərdə yerləşir. Buna görə də fəsildəyişkənliyi səbəbindən həmişəyaşıl deyillər. Ağaclar payızda saralır və yarpaqlarını tökür. Enliyarpaqlı meşələr geniş floraya malikdir. Lakin burada elə də çox heyvan yaşamır. Buraların sakinləri əsasən gəmiricilər (dovşan,dələ,burunduq), bəzi cütdırnaqlılar və yırtıcılardır.

Mülayim qurşaqlar

[redaktə | mənbəni redaktə et]

Mülayim qurşaqda çox geniş materikdaxili bölgələrin kontinental iqlimi şəraitində quraq vilayətlərə xas olan landşaft tipləri və tayqa geniş yer tutur.Bu qurşağın Şərqi Avropa,Mərkəzi Asiya,nəhayət Sibir regionu üçün tipik enlik landşaft zonaları aşağıdakılardan ibarətdir:səhra (Xəzər sahillərindən Xuanxe çayının orta axınana qədər);yarımsəhra,quruçöl,çöl (Rumuniyada Valaxiya ovalığından Çində Lyoss yaylasına və Sunqari çöllərinə qədər),meşə-çöl və seyrək arid meşələr (Karpat dağları ətəklərindən Yenisey çayına qədər), enliyarpaqlı meşələr (yalnız Ural dağlarından qərbə Qərbi Avropaya tərəf genişlənən ensiz bir zolaq şəklində,şərqdə isə Mancuriya-Koreya ərazilərində),qarışıq meşələr (Baltik dənizinin cənub-şərq sahillərindən Yeniseyə qədər,şərqdə isə Amur çayı boyu və Primoryerdə çox ensiz zolaq şəklində) şərqdə Sakit okean sahillərinə qədər uzanan tayqa zonası,subarktika qurşağının meşə-tundra və tundra zonaları,nəhayət Arktikanın buz səhraları zonası.Şimali Amerika materikində də qarışıq meşələrin ensiz zonasından şimalda okeandan okeana qədər geniş tayqa zonası,ondan şimalda isə meşə-tundra,tundra,arktik səhraları zonaları yerləşir.Coğrafi enlik qanunauyğunluğunun ayrı-ayrı yerlərdə pozulması əsasən iqlimin xüsusiyyətləri və relyef mürəkkəbliyi ilə əlaqədardır.Avrasiyada Atlantik okeanı sahillərindən şərqə getdikcə iqlimin kontinentallıq dərəcəsi artır,qış ayları daha sərt keçir.Buna görə Atlantik və Sakit okean bölgələrinin mülayim və rütubətli iqlimi üçün səciyyəvi olan bir sıra landşaft zonaları materikin daha quraq və olduqca sərt iqlimi ilə fərqlənən daxili hissələrində inkişaf edə bilmir.Sadalanan landşaft zonalarının hər biri özünəməxsus iqlim xüsusiyyətləri,torpaq-bitki örtüyü,heyvanlar aləmi ilə başqalarından fərqlənir.